Bu məktəbdə 33 əkiz uşaq var - Fotolar + Video

Bu məktəbdə 33 əkiz uşaq var - Fotolar + Video

19 Dekabr 2017 22:05
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin İzmir şəhərinin Buca qəsəbəsində Makbule Süleyman Alkan məktəbi dünyadakı bütün məktəblərdən fərqlənir.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, məktəbdə 33 əkiz, 1 üçəm şagird təhsil alır.

Bu maraqlı fakt isə yaxın günlərdə üzə çıxıb. Bu vaxta qədər isə buna diqqət yetirən olmayıb.

Hazırda məktəb rəhbərliyi və İzmir Təhsil İdarəsi bu xüsusiyyətinə görə məktəbin "Ginnesin Rekordlar Kitabı"na salınması üçün çalışılar. Yaxın günlərdə quruma müraciət ediləcəyi bildirilib.