Məşhurların  anaları: Nelli Reyqan

Məşhurların  anaları: Nelli Reyqan

18 Dekabr 2017 16:56
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyada elə şəxslər var ki, onların bütün fəaliyyəti anadan olandan ölənə kimi bir xətt üzərində qurulur və onlar Allahın yazdığı alın yazısı nəticəsində özlərindən asılı olmadan böyük və müqəddəs işlər görürlər. Bu baxımdan SSRİ adlı böyük bir ümperiyanın qəbirqazanı olan ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın siyasi fəaliyyəti diqqəti cəlb edir. Təbii ki, hər hansı bir məşhurun siyasi həyatı araşdırılarkən ilk növbədə onun ailə həyatı, hansı mühitdə tərbiyə alması, anasının kimliyi xüsusi diqqət mərkəzində olur. Bu da səbəbsiz deyil. Belə ki, istənilən halda hər hansı bir insanın həyat yolu ilk növbədə ailədə aldığı ana tərbiyəsindən və bir də onun özünəməxsus genindən irəli gəlir. Ata ilə müqayisədə daha çox ana tərbiyəsi, ana qayğısı ilə əhatə olunan övladların böyük əksəriyyətinin yetkin şəxsiyyət kimi formalaşmasında bu amil böyük rol oynayır. Təbii ki, XX əsr dünya siyasətinə özmöhürünü vuran və qırmızı-şər imperiyasını məhv edən görkəmli bir şəxsiyyət kimi daxil olan Ronlad Reyqanın da siyasətin zirvəsinə gedən yolda anası Nelli Reyqanın böyük xidmətləri olub.

Mediainfo.az "Məşhurların anaları" rubrikasından ABŞ prezidenti Ronald Reyqanın anası Nelli Reyqan haqqında yazını oxucularına təqdim edir

Duaları qəbul edilən qız

Ronald Reyqanın anası Nelli İllinoys ştatındakı Fulton şəhərində Meri Enn və Tomas Uilsonun ailəsində dünyaya gəlib. Nellinin atası Tomas Uilson şotland əsilli amerikalı idi. Anası Meri Enn isə ingilis qadını idi və olduqca ailəyə bağlı bir qadın hesab edilirdi. Uşaq ikən Nelli olduqca dindar bir mühitdə tərbiyə almışdı. Anası Nellinin kilsə qanun-qaydalarına əməl etməsi üçün əlindən gələni etmişdi. Nellinin belə demək mümkünsə əsl xristian ruhunda böyüdülməsi və tərbiyə edilməsi onun qatı, mühafzəkər bir dindar qadın kimi formalaşmasında önəmli bir rol oynadı. Nellinin uşaq ikən özünəməxsus şıltaqlıqları var idi və bəzən vailideynlərini çox incidirdi. Hər dəfə də ona bu şıltaqlıqlarına görə irad tutanda balaca Nelli böyüklər kimi : "Uşağam, əylənmək istəyirəm",-deyə cavab verirdi.

Dəfələrlə Nellini tənbeh etsələr də o, bundan nəticə çıxarmırdı. Sonda onun yadına valideyn sözünə baxmamağa görə Allah tərəfindən cəzalandırıla biləcəyini xatırlatdılar. Yalnız bundan sonra Nelli şıltaqlıqlarından əl çəkdi. Yeri gəlmişkən onu da deyək ki, Nelli evdə gününün böyük hissəsini Allaha dua etməyə həsr edirdi. Hətta onun bu qədər dini fanatikliyini görüb valideynləri qızlarının psixoloji baxımdan depressiyaya düşdüyünü, ağlını belə itirdiyini düşünmüşdülər. Lakin tanınmış həkimlərdən biri Nelli ilə söhbət edəndən sonra Meri Enn və Tomas Uilsona qızlarının tamamilə sağlam olduğunu, Nellinin psixoloji problemin olmadığını bildirdi. Nə qədər qəribə olsa da Nellinin dualarının qəbul olunduğu barədə onların qohumlarının hamısında rəy formalaşmışdı. Bir dəfə Nelli yaxın qohumlarından birinin ağır xəstə olduğunu görərək ona dua etdi. Az müddət sonra məlum oldu ki, xəstənin vəziyyəti gözlənilmədən yaxşılaşmağa başlayıb. Xəstə sağalandan sonra uzun müddət Nelliyə ona sağalması üçün dua etdiyinə görə təşəkkür etdi. Bir dəfə də qonşunun evində oğruluq olmuşdu. Polislər heç cür oğrunu tapa bilmirdilər. Oğrular qonşunun evindən son qəpiyinə kimi götürdüklərindən onlar ağır vəziyyətdə yaşamağa başlamışdılar. Hətta iş o yerə gəlib çatmışdı ki, onlar acından ölməmək üçün qonşular yeməklə yardım etməyə məcbur olmuşdullar. Bunu görən Nelli qonşularıgilə gedərək onların oğurlanmış pullarının tapılması, ailənin vəziyyətinin yaxşılaşması üçün dua etməyə başladı. Bundan az sonra heç bir səbəb göstərmədən oğrular oğurladıqları pulun böyük hissəsini bir nəfərlə ailəyə qaytarmışdılar. Ailənin işi bundan sonra yaxşı getməyə başladı. Nellinin dualarının qəbul olunduğunu görən qonşu ailə bu balaca qızcağızın qabağında diz çökərək ona təşəkkür etmişdi.

Cek Reyqanla ailə həyatı qurur

Nelli Reyqan uşaq ikən bir o qədər də gözəl qız təsiri bağışlamırdı. Ona görə də yeniyetmə çağlarında ona yaxın düşən, evlənmək təklifi edən yox idi. O dönəmdə 18 yaşa kimi ərə getməyən qızlara cəmiyyətdə bir mənalı baxmır və onları az qala bədbəxt hesab edirdilər. 19 yaşı olanda onun ərə getməməsindən ailədə narahat olmağa başlamışdılar. Nelliyə valideynləri məsləhət görmüşdülər k, o özü özünə gələcək ər seçməli olacaq və buna görə tələsməlidir. Çünki o özü hərəkət etməsə, heç bir oğlan ona yaxın düşməyəcək. Nelli isə sakit tərzdə valideynlərinə: "Allah hamını cüt yaradıb, mənim də qismətim məni harada olsam gəlib tapacaq. Narahat olmayın, əgər qismətimdə tənha qalmaq varsa, bu da Allahın deməli alın yazısıdır. Buna görə də narahat olmuram ",-demişdi.

Həqiqətən də tale sanki Nelli üçün ona gələcəkdə prezident anası olmaq nəsib edəcək insanı gözləmək səadəti bəxş etmişdi. 1903-cü ildə Nelli olduqca gözlənilməz bir təsadüf nəticəsində İllinoys şəhərindəki fermalardan birində gənc və yaraşıqlı oğlan olan Cek (Con) Reyqanla tanış oldu. İlk baxışdan bir o qədər də gözəl omayan və daha çox özünə qapılmış kimi görünən bu qıza Cek dərhal vuruldu. Bir neçə dəfə onlar görüşdülər. Növbəti görüşlərdən birində Cek ona evlənmək təklif edəndə Nelli təəccübləndi və bir müddət ona nə cavab verəcəyini bilmədi. Sonda Nelli: "Cek, sən gözəl və yaraşıqlı oğlansan, mənsə bir o qədər də gözəl deyiləm. Ətrafda kifayət qədər qəşəng qızlar var. Nəyə görə mənə vurulmusan, məgər ətrafda gözəl qızlar azdırmı?-deyə ondan soruşdu.

Həmin dövrdə ayaqqabı ticarəti ilə məşğul olmağa başlayan Cek isə ürəyinin hökmünə qulaq asdığını və onun simasında özünə sədaqətli həyat yoldaşı gördüyünü vurğuladı. Nəticədə 1904-cü ilin noyabr ayında 21 yaşlı Nelli ilə Cek ailə həyatı qurdular. Sonralar Nelli Ceklə ailə həyatı qurmalarını talenin ona bəxş etdiyi ən böyük xoşbəxtlik hesab etdiyini söyləmişdi. Cek də öz növbəsində ailə həyatından razı qaldığını həmişə dönə-dönə vurğulayırdı. Hər halda o olduqca dindar, ailəcanlı bir qadınla ailə həyatı qurmuşdu. Nelli ailədə ərinin bir sözünü iki etmir, Çekin hər qayğısını çəkir, ona əslində həyat yoldaşından daha çox analıq qayğısı göstərirdi. Ailənin ilk övladı dünyaya gələndə ona Nil adı verdilər. Nil ailəyə həm yeni qayğılar, həm də xoşbəxtlik gətirdi. 1911-ci ildə Nelli və Cek Reyqanların ailəsində daha bir oğlan uşağı- Ronald anadan oldu. Həmin vaxt ailə İllinoys ştatının Tampiko şəhərində yaşayırdı. Amma gələcəyin prezidentinın dünyaya gəlməsi çox ağır oldu. Nelli az qala doğum zamanı dünyasını dəyişmişdi. Həkimlər onu çətinliklə həyata qaytardılar və bir daha uşaq dünyaya gətirməməsini tövsiyə etdilər.

Oğlunu gələcyə hazırlayır

Ailənin başçısı Cek ayaqqabı satan olduğundan o, ölkənin hər yerində özünün ayaqqabı mağazalarının olmasını arzulayırdı. Bu məqsədlə o hər dəfə borc götürür, uğur qazanır, ancaq sonda həddindən artıq içkiyə aludə olması və kart oynaması səbəbindən müflis olurdu. Ona görə də ailə dəfələrlə yaşayış yerlərini dəyişməyə məcbur olmuşdu. Ronaldu anası tərbiyə etdi, onun təhsili ilə şəxsən məşğul oldu. Lakin Ronald oxumağa həvəs göstərmirdi. Bununla belə anasının sonsuz səyləri və əzabları nəticəsində Reyqan orta səviyyədə məktəb təhsili ala bildi. Həmin vaxt Reyqanın gözləri zəif gördüyü üçün o eynək taxmağa məcbur olmuşdu. Reyqan anasının israrları nəticəsində təhsil haqqı az olan və bir o qədər də tanınmayan kolleclərdən biirnə daxil oldu. Kollecdə oxuduğu illərdə o təhsil haqqını ödəyə bilmək üçün tələbə yeməkxanasında qab yuyan işlədi. Kollecdə yaxşı oxumamasına baxmayaraq Reyqan oranı çox çətinliklə də olsa bitirərək iqtisadiyyat üzrə bakalavr diplomu aldı. Kolleci başa vurandna sonra bir müddət işsiz qalan reyqan sonda yerli radiostansiyalardan birində işə düzəldi. Bu da onun üçün gələcəyin məşhur aktyoru kimiş şöhrət tapmasına gedən yolunun başlanğıcı oldu.

Sonralar Ronald belə demişdi: "Anam mənə yaxşı iş tapmaq üçün gecə-gündüz dua edirdi. Onun duası qəbul olundu və mən işə düzlədim. O vaxt anam dedi ki, yolun açılıb, sən həmişə irəliyə gedəcək və məşhur adam olacaqsan. Anam ömürümün sonuna kimi zirvəyə gedən yolda qazandığım bütün uğurlarda önəmli rol oynadı".

Həqiqətən də Ronald Reyqan tədricən cəmiyyətdə tanınmış bir adam olmağa başladı və kino ulduzu, sonra isə məşhur siyasətçi kimi tanındı. 1938-ci ildə Reyqan ailəyə villa aldı və bununla onlara böyük bir xoşbəxtlk bəxş etdi. 1941-ciildə Çek Reyqan vəfat etdi. Bundan sonra da bütün diqqətini övladlarının cəmiyyətdə öz yerini tapmasına həsr edən bu əzabkeş qadın Ronaldın gələcəkdə prezdent kürsüsünə gedən yolunun əsasını qoymuş oldu.

Ronaldun gələcək siyasi həyatında önəmli bir ol oynayan bu qadın Nelli həyatının sonlarına yaxın altsqeymer xəstəliyindən ( yaddaş zəifliyi) əziyyət çəkirdi. 1962-ci il iyul ayının 25-də Nelli vəfat etdi. Onun məzarı üstündə Reyqan: " Anamın simasında ən byük arxamı itirdim, ancaq onun arzularını sona kimi həyata keçirəcəyəm, hara getsəm yenə də o ruhən mənimlədir. Qazandığım hər uğurda yenə də onun payı olacaq",-demişdi.

Əziz Mustafa/Mediainfo.az