Ən təhlükəli avtomobilin adı açıqlandı

Ən təhlükəli avtomobilin adı açıqlandı

14 Dekabr 2017 14:56
167
Bəyəndim (0) Bəyənmədim (0)

Avropanın təhlükəsiz avtomobilləri qiymətləndirmə təşkilatı ən təhlükəli avtomobilin adını açıqlayıb.

Mediainfo.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, "Fiat Punto" modeli kraş-testlərdə heç bir ulduz almayan ilk avtomobil olub.

"Euro NCAP"ın məlumatına əsasən, sözügedən avtomobil 2005-ci ildə bazara daxil olub və bu günə qədər ciddi dəyişikliyə məruz qalmayıb. Salonda isə təhlükəsizlik kəmərinin taxılmasının vacibliyini xatırladan heç bir məlumat yoxdur. Bu məlumat sadəcə sürücü üçündür.

Mütəxəssislər 1.2 litr həcmli mühərriki olan "Punto" hetçbekini sınaqdan keçiriblər.

Ən yaxşı modellər isə, "BMW 6 Series GT", "Hyundai Kona", "Jaguar F-Pace", "Kia Stinger" və "Toyota Yaris" seçilib. Bu avtomobillər 5 ulduza layiq görülüblər.