“Samsung” iki ekranlı smartfon yaradır

“Samsung” iki ekranlı smartfon yaradır

14 Dekabr 2017 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Koreyanın innovativ texnika istehsalçısı "Samsung" şirkəti yaxın gələcəkdə iki ekrana malik yeni smartfonunun kütləvi istehsalına başlayacaq.

İKT.lent.az-ın Newinform.com saytına istinadən məlumatına görə, şirkət rəsmi olaraq istər ön, istərsə də arxa tərəfində ekranı olan mobil cihazı patentləşdirib.

Qeyd edilir ki, cihaz ön tərəfdən çərçivəli korpus və bir əyilmiş tərəflə təchiz ediləcək. Cihazın arxa tərəfinə gəldikdə isə, onun bir tərəfini ekran tutacaq. Həmçinin ön və əsas kameranın harada yerləşəcəyi yerlər naməlum qalır. Çünki smartfonunun çertyojlarında onlar yoxdur.