Gəlin bəyin qolunu qandallayıb nikah masasına oturtdu

Gəlin bəyin qolunu qandallayıb nikah masasına oturtdu

13 Dekabr 2017 20:53
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Konya şəhərində maraqlı hadisə baş verib.

Axşam.az-ın "Haberler.com"a istinadən məlumatına görə, polis idarəsində işləyən Öznur Ün həmkarı Muhammet Yıldız ilə ailə qurub.

Maraqlısı budur ki, toy günü Öznur Muhammetin qoluna qandal vuraraq cinayətkar tutmuş kimi onu nikah masasına gətirib. Muhammetin qolundakı qandalı nikah kəsən hakim açıb və gəlinlə bəyin "Hə" cavabından sonra onları ər-arvad elan edib.

Ünün və Yıldızın nikah qabağı tamaşası qonaqlar tərəfindən bəyənilib və alqışlarla qarşılanıb.