Uşaq doğan ilk "kişi": "Artıq uşaq doğmaq istəmirəm "

Uşaq doğan ilk "kişi": "Artıq uşaq doğmaq istəmirəm "

3 Noyabr 2011 12:54
Bəyəndim (0) Bəyənmədim (0)
Evin "rəisinin" son qərarı məhz budur!

Hamilə qalan ilk "kişi" Beyti Tomas doğduğu uşaqları ilə görüntüləndi.

Dünyaya qadın olaraq gələn, lakin 2002-ci ildə cinsiyyətini dəyişdirərək, kişi olan Tomas nəsil artırmada iştirak edən heç bir orqanına zərər verməmişdi. Və bu minvalla da 3 uşaq "anası" oldu. 2008-ci ildə hamilə qalan transeksual Tomas həmin dövrdə bütün dünyanın gündəmində idi. Eks Havay gözəli evləndikdən sonra onun arvadı hamilə qala bilmədi. Və bu halda bütün məsuliyyət onun çiyinlərinə düşdü. Əvvəlcə Censen adlı qızı olan Tomas sonradan ard-arda 2 uşaq da "doğdu". Hazırda onun Censen, Susan və Austin adlı uşaqları var. Tomas, "Artıq uşaq doğmaq istəmirəm", - deyə sonuncu müsahibəsində bildirib.

Günel Həbib