VİDEO - Yoxsul hindli "Milyonçu"nun qalibi oldu

VİDEO - Yoxsul hindli "Milyonçu"nun qalibi oldu

3 Noyabr 2011 13:08
Bəyəndim (0) Bəyənmədim (0)
Şansın da beləsi...

2 il öncə 8 nominasiyada "Oskar"a layiq görülən "Milyonçu" filmi gerçək oldu. Belə ki, Hindistanın ən yoxsul bölgələrindən olan Biharda yaşayan və fəhləlik edərək, həyatda qalan 27 yaşlı Şuşil Kumar eyni ilə filmdəki kimi bütün sualları cavablandıraraq, milyonçu oldu.

Yarışmaya qatılmadan 5 ay öncə evlənən Şuşilin aylıq gəliri 150 dollardır. O, "Bütün bunları yuxumda görsəydim, inanmazdım", - deyir. Qardaşı isə, "Kumar mütəmadi olaraq BBC-yə qulaq asırdı. Bu qədər bilgili olmasını da buna bağlayıram", - dedi.

Günel Həbib