308 859 nəfər bəy 25-34 yaşda nikaha daxil olub

308 859 nəfər bəy 25-34 yaşda nikaha daxil olub

11 Dekabr 2017 17:05
Bəyəndim (0) Bəyənmədim (0)

"Son 7 ildə Azərbaycanda 25-34 yaşda ailə quran bəylərin sayı 308 859 nəfər, qadınalrın sayı isə 135 315 nəfər təşkil edib".

Bu barədə sonxeber.az-ın sorğusunu Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov cavablandırıb.

Belə ki, 2016-ci ildə ölkəmizdə 66771 nəfər ailə qurub. Onlardan 18-24 yaşda nikaha daxil olan bəylərin sayı 18074, qızların sayı isə 44503 nəfər təşkil edib. Həmin il 25-34 yaşda ailə quran bəylərin sayı 40 156 nəfər, xanımların sayı isə 17196 nəfər təşkil edib.

Son 7 ildə isə ölkəmizdə 653 690 nəfər nikah bağlayıb. Ümumilikdə 18-24 yaşda nikaha daxil olan bəy və gəlinlərin statistikası 539 284 nəfər olub. Onlardan 170 708 nəfər bəy, 18-24 yaşda, 368 586 qız 18-24 yaşda nikaha daxil olub. 25-34 yaşda nikaha daxil olan qız və oğlanların ümumi sayı 444 174 oub. Onlardan 308 859 nəfər bəy 25-34 yaşda nikaha daxil olub. Bu yaşda ailə quran qızların sayı isə 135 315 nəfərdən ibarət olub.