Moskvada 70 milyona nadir "ZİL" satılır

Moskvada 70 milyona nadir "ZİL" satılır

8 Dekabr 2017 12:42
232
Bəyəndim (0) Bəyənmədim (0)

Avtomobil satışı üzrə saytların birində nadir yerli istehsal olan ZİL – 4112P limuzin satıldığı haqqında informasiya yayılıb.

Avtomobil 2012-ci ildə yalnız bir ədəd istehsal olunub və indiyədək cəmi 143 km. yol gedib. Satıcı elanda limuzini "həqiqi kraliça dəbdəbəsi" kimi tərifləyib. Limuzinin qiyməti 70 milyondur. Avtomobilin üç istiqaməti əhatə edən klima-nəzarəti, kruiz-nəzarəti, açarsız işəsalma, arxada əyləşənlər üçün mayekristal ekranlı multimedia sistemi, açıq-sədəf rəngli dəri salonu var. Salonda üzbəüz əyləşmək üçün iki cərgə kreslo mövcuddur. Arzu olunarsa avtomobildə zireh kapsullar da quraşdırmaq mümkündür.Moderator.az