Kişilərin gəlin köçdüyü ilginc ada

Kişilərin gəlin köçdüyü ilginc ada

7 Dekabr 2017 22:13
161
Bəyəndim (0) Bəyənmədim (0)

İndoneziyanın qərbində yerləşən Sumatra adasında Minanqabau cəmiyyəti 4,5 milyonluq əhalisi ilə dünyanın ən böyük icmasını yaradıb. Ailədə üstünlüyün qadınlarda olduğu kimi, soyun da qadınlardan gəldiyi düşünülür. İlginc adada kişilərin də rolu olduqca maraqlıdır. Burada qadınları tərəfindən küçəyə atılan kişilər üçün sığınacaqlar da tikilib.

Burada ailə quran kişilər xanımının evində yaşayır. Kişilər evləndikləri xanımın evinə köçərək onun soy adını qəbul edirlər. Əgər aralarında hər hansısa hadisə baş verərsə və kişi qadını tərəfindən küçəyə atılarsa, o zaman kişilər üçün tikilmiş sığınacaqda yaşamağa başlayır. Həmişə qaynanalarından şikayətçi olan kişilər evin bütün işlərini özləri görürlər. Qadınından boşanan kişilər çox səfil həyat yaşamağa başlayırlar.

Sumatranın daha bir özəlliyi isə bahalı "Kope luvak" qəhvəsinin burada olmasıdır. Qəhvənin yüz qramının qiyməti 100 ABŞ dolları civarındadı. Sumatra adası yaşıllıqla zəngin yerdir. Amma çoxlu gölləri də var. Burada hər il inək yarışları da keçirilir.