Azərbaycan dolması UNESKO-nun siyahısına daxil edildi

Azərbaycan dolması UNESKO-nun siyahısına daxil edildi

6 Dekabr 2017 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Dolma Azərbaycana məxsus kulinariya növü kimi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.

Bu barədə UNESKO-nun saytında məlumat yer alıb.

Azərbaycanın UNESCOyanında Daimi Nümayəndəliyinin rəhbəri Anar Kərimov özünün "twitter" səhifəsində buna iki illik əmək nəticəsində nail olduqlarını bildirib.

Eyni zamanda "Köçəri" rəqsi Ermənistana məxsus rəqs kimi Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Apa