Məşhur sənətçilərlə eşq yaşayan futbolçular

Məşhur sənətçilərlə eşq yaşayan futbolçular

5 Dekabr 2017 16:48
Bəyəndim (0) Bəyənmədim (0)

Adətən dünyanın məşhur insanlarının həyatı həmişə diqqət mərkəzində olur və belə demək mümkünsə onların hərəkətləri daim cəmiyyətdə xüsusı ajiotajla qarşılanır. Bu baxımdan qardaş Türkiyədə tanınmış sənətçilərlə türk futbolunun ulduzları arasında olan sevgi münasibətləri də uzun illər həm qardaş ölkədə, həm də Azərbaycanda maraqla qarşılanıb. Bunu nəzərə alaraq Mediainfo.az saytı Türkiyənin tanınmış sənətçiləri və futbolçuları arasında yaşanan eşq macəralarını oxuculara təqdim edir.

Uçe-Ebru Gündəş

Fənərbaxça futbol klubunun ulduz futbolçularından biri olan nigeriyalı Uçe məşhur müğənni Ebru Gündəşə vurulmuşdu. 13 il Türkiyədə çıxış edən Uçe və Ebru Gündəş arasında yaşanan eşq macəraları türk mətbuatının daim diqqət mərkəzində idi. Uçe 1998-ci ildə çıxan "Sən Allahın bir lütfüsən" klpində Gündəşlə birgə oxumuşdu. Ancaq müəyyən səbəblərdən onların yolları sonralar ayrıldı.

Roberto-Karlos-Ebru Polad

Fənərbaxça futbol klubunun braziliyalı ulduz futbolçusu Roberto Karlos məşhur maneken Ebru Poladla sevgili idi. Onlar hətta ailə həyatı qurmağa belə hazırlaşırdılar. Lakin mətbuatda hər iki məşhur haqqında yayılan dedı-qodular və əvvəlki həyatlarındakı bəzi xoşagəlməz məqamlar sonda onların ayrılmasına gətirib çıxardı.

Emrə Bəlləzoölu- Badə İçcil

Türkiyənin ulduz futbolçusu Emrə Bəlləzoğlu tanınmış sənətçı Badə İşcilə bir könüldən min könülə vurulmuşdu. O vaxt İngiltərənin Nyukasl komandasında top qovan Bəlləzoğlu Badə İşcili görə bilmək üçün hər həftədə bir dəfə 20 min dollar yol xərci çəkərək xüsusi təyyarə ilə Türkiyəyə gəlib gedirdi. Onların eşqi həmin dövrdə dillər əzbəri olmuşdu. Lakin mətbuatın yaydığı bəzi dedi-qodular onların da sonda ayrılması ilə nəticələndi.

Volkan Dəmirəl-Sevda Atəş

Türkiyənin məşhur qapıçısı Volkan Dəmirəl ölkəsinin ünlü sənətçisi olan Sevda Atəşlə uzun bir zaman sevgili oldu. Eyni zamanda digər sənətçi aktrisa Özləm Yılmazla da eşq yaşayan Dəmirəl məsələ mətbuata sızandan sonra onlardan ayrılmağa məcbur oldu.

Sergen Yalçın-Aslı Sarı

Türkiyənin müxtəlif futbol klublarında oynayan məşhur futbolçu Sergen Yalçın hələ lisey həyatından yaxından tanıdığı Aslı Sarı ilə uzun illər sevgili oldu. Həmin dövrdə eyni zamanda tez-tez sərxoş həyatı ilə gündəmə gələn Sergen Yalçın bütün bunlara baxmayaraq 5 il eşq yaşadığı Aslı Sarı ilə evlənməyə hazırlaşırdı. Lakin Sergenin bar həyatına meyl edərək bundan əl çəkmək istəməməsi sonda onların evliliyi yolunda ciddi maneəyə çevrildi... Aslı Sarı Sergendən ümidini kəsərək onunla əlaqəsinə son qoydu.

Umud Davala- Ayişə Hatun

Türkiyə futbolunun digər ulduzu Umud Davala isə yaşıl meydanlarda olduğu kimi sevci həyatında da Ayişə Hatunla uzun müddət xoşbəxt bir eşq yaşadı. Həmin dövrdə Umud Davalanın eşqinə cavabında Ayişə Hatun " Çəksənə əlini qırcaqsanmı belimi" deyərək mətbuatın dilində dastan olmuşdu. Amma onlar da sonda ailə həyatı qura və eşqlərini davam etdirə bilmədilər.

Emrə Aşık- Aysun Kayaçı

Türkiyənən və dünya futbolunun ən gözəl oyunçularından biri hesab edilən Emrə Aşık Aysun Kayaçıya vurulmuşdu.Onlara buna görə Leyli-Məcnun deyirdilər. Xoşbəxt cütlük 7 il birgə xoşbəxt həyat sürdülər. Onlar evlənməyə hazırlaşarkən mətbuatda yayılan dedi-qodular buna ımkan vermədi...

'

Arda Turan-Sinem Kobal

Türkiyənin və dünya futbolunun ulduzu Arda Turan isə sənətçı Sinem Kobala aşıq olmuşdu. Onlar illərlə bir-birlərindən ayrılmadılar. Cütlük evlənməyə hazırlaşarkən Arda Turan Atletikoya transfer edildi. Bu ayrılıq isə bu eşqin bitməsinə gətirib çıxardı.

Hulya Avşar-Tanju Çolak

Türkiyənin qol kralı Tanju Çolak 7 il ərzində sənətçı Hulya Avşarla eşq yaşadı. Futbolçu evli olmasına baxmayaraq hətta ailəsindən ayrılmaq sənətçi ilə evlənmək belə fikrinə düşmüşdü.

İllər sonra Çolak həyatının ən gözəl illərini Avşarla yaşadığını söyləmişdi. Hulya Avşar isə sonralar Çolakla eşqini ən böyük səhvi adlandırdı...

Hadisə-Sezgin Coşkun

Tanınmış müğənni Hadisə isə futbolçu Sezgin Coşkunla bir müddət sevgili oldu. Onlar bir oteldə birgə yaxalandılar və mətbuatda bu böyük ajiotajla qarşılandı. Bundan sonra cütlük ayrılmalı oldular.

Məsud Özil-Aminə Gülşə

Hazırda İngiltərənin Arsenal futbol klubunda top qovan Məzud Özillə Türkiyə gözəli seçilən Aminə Gülşə arasında eşq yaşanmaqdadadır. Onların eşqi isə dillərdə dastandır. Onların bu eşqlərinin əbədi olub-olmayacağı isə hələlik məlum deyil.

Əziz Mustafa/Mediainfo.az