Məhəmməd bin Salman Əl Səud ilin adamı oldu

Məhəmməd bin Salman Əl Səud ilin adamı oldu

5 Dekabr 2017 13:22
Bəyəndim (0) Bəyənmədim (0)

"Time" jurnalı 2017-ci il üçün "ilin adamı" mükafatının sahibinin kim olduğunu açıqlayıb.

"Ölkə.Az" xəbər verir ki, Səudiyyə Ərəbistanı taxtının vəliəhdi şahzadə Məhəmməd bin Salman Əl Səud "Time" jurnalı oxucularının onlayn keçirdiyi sorğu nəticələrinə görə qalib elan edilib.

Auditoriyanın 24 faizi şahzadəyə səs verib.

Şahzadənin 4 noyabr tarixində yaratdığı korrupsiya əleyhinə mübarizə idarəsi hakim ailənin 11 üzvünü və 40-dan çox dövlət xadimi, iş adamını saxlayıb.
#MeToo kampaniyasının iştirakçıları 6 faiz səs toplayıblar. Üçüncü yerə isə 5 faiz səs toplayan reqbi ustası Kolin Kapernik, ABŞ-ın xüsusi prokuroru Robert Müller və ABŞ-a qanunsuz yolla validenləri tərəfindən gətirilən "Dreamers" adlı gənclər olub.

Qeyd edək ki, ötən il jurnal Hindistanın baş naziri Narendra Modini "ilin adamı" seçmişdi.