Məşhurlar və anaları: Stalinin anası Yekaterina Cuqaşvili

Məşhurlar və anaları: Stalinin anası Yekaterina Cuqaşvili

4 Dekabr 2017 21:16
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az saytı "Məşhurlar və anaları" rubrikasından İosif Stalinin anası Yekaterinə Georgiyevna Cuqaşvili barədə yazını təqdim edir

XX əsrdə dünyanı özünə mat qoyan, bəşəriyyatin siyasi həyatına rəngarənglik gətirən məşhur siyasi simalar barədə çoxyazılıb, onların fəaliyyətlərinin mənfi və müsbət tərəflərinə çox toxunulub. Ancaq nədənsə bu məşhur simaları dünyaya gətirən analara ya az toxunulub, ya da ümumiyyətlə toxunulmayıb. Bu müstəvidə biz XX əsrin məşhur siyasətçilərinin analarının həyatı və onların kimlikləri ilə bağlı oxucularımıza məlumat verməyi özümüz borc bildik

İosif Stalinin kasıb anası Keke ləqəbli Yekaterina Cuqaşvili

XX əsr dünya siyasətinin ən görkəmli, həm də olduqca ziddiyyətli siyasi liderlərindən biri olan İosif Stalinin anası Yekaterina Georgiyevna 1858-ci ildə Gürcüstanın Qambaeruli kəndində təhkimli bağban ailəsində anadan olmuşdu. Yekaterinanın atası Qlax Geladze həyatdan erkən köçdüyündən o anasının himayəsində böyüməli olmuşdu. Həddindən artıq kasıb bir ailədə böyüməsinə baxmayaraq Yekaterinanın anası ona oxuyub-yazmaq öyrətmişdi. Yekaterinanın anası Melaniya savadlı idi, lakin kasıblıq ucbatından təhsilini davam etdirə bilməmişdi. Ona görə də o elmə, oxuyub yazmağa böyük əhəmiyyət verirdi. Anasının yanında çətinliklə, aclıq və səfalət içində böyüyən və hamı ilə xoş rəftarına görə məhəbbətlə Keke deyə çağrılan Yekaterina 17 yaşı olanda Vissarion Cuqaşviliyə ərə getdi. Onun Vissariondan olan iki oğlu, Mixail və Georgi uşaq ikən dünyalarını dəyişdilər. Ailənin gələcəkdə məşhur siyasətçi olacaq övladları İosif isə 1878-ci il dekabr ayının 6-da anadan oldu. İosifin anadan olmasından sonra övladına var gücü ilə bağlanan Yekaterina ərinin içməsi ilə barışmayaraq onu bu yoldan çəkindirməyə cəhd etdi. Lakin Vissarion içməkdə və sərxoş həyatı keçirməkdə davam edirdi. Belə bir vəziyyətlə barışmayan və qalan həyatını oğlunun tərbiyəsinə həsər etmək istəyn Yekaterina həyat yoldaşından ayrıldı. Yekaterina Georgiyevna çox sərt, eyni zamanda tələbkar və qətiyyətli bir qadın idi. Onun ilk işi oğluna savad vermək oldu. Bu məqsədlə oğluna kilsə təhsili verən və olduqca dişndar bir qadın olan Yekaterina balaca İosifin gələcəkdə keşiş olmasını arzulayırdı. Buna paralel olaraq Yekaterina oğlunun iradəli, güclü, mətin bir övlad kimi yetişməsi üçün əlindən gələni etdi. Yekaterina İosifi yaxşı saxlaya, onun ehtiyac içində yaşamaması üçün dərziliyi öyrəndi. Bu yolla kifayət qədər qazanan Yekaterina İosifin iradəli gənc kimi yetişməsində önəmli rol oynadı. Sonralar Stalin məşhur dövlət xadimi olandan sonra etiraf etmişdi ki, güclü xarakterə malik omağı anasından öyrənib və çox vaxt hansısa qərar qəbul edən zaman öncə özünü anasının yerində hiss edib, sonra bir qərara gəlib.

Bolşeviklər Rusiyada çarı devirərək hakimiyyətə gələndən sonra Stalinin adı qısa müddətdə bütün keçmiş imperiya ərazisində qəhrəmanlıq simvolu kimi çəkilməyə başladı. O vaxt Sovet hakimiyyətinin ən ağır dövrlərində Stalini cəbhənin ən taleyüklü hissələrinə göndərirdilər. Stalinsə haraya ayq qoyurdusa oradan qələbə ilə qayıdırdı. Həmin dövrdə anası Stalinin həyatından narahat id, və tez-tez oğlunu özünü qorumağa çağırırdı. Gürcüstan bolşeviklər tərəfindən işğal ediləndən sonra Yekaterina Stalinin tövsiyəsi ilə Tbilisiyə köç etdi. Onu Tbiliisdə xüsusi şəkildə qoruyurdular. Hər halda kasıb bir ailənin övladı olan Yekaterina artıq Stalin kimi SSRİ-ni idarə edən iki böyük şəxsdən birinə çevrilmişdi. Yekaterina Qafqazın keçmiş general-qubernatorunun malikanəsində yaşayır və özünün dünyanın ən xoşbəxt anası olduğunu daim ətrafındakılara söyləyirdi. Ömrüboyu sadə həyat sürməyə adət etmiş Yekaterina malikanədə, özlərinin kənddəki otağını xatırladan və keçmişdə qulluqçuların yaşadığı kiçik bir otaqda yaşamağa üstünlük vermişdi. Yekaterina həyatında yalnız bir dəfə 1931-ci ldə Moskvaya gəldi və oğlu ilə görüşərək bir müddət burada yaşadı.

1931-ci ilin payızında amerikalı jurnalist Knikerboker Yekaterina Georgiyevnadan müsahibə aldı. Milli gürcü geyimində jurnalisitn qabağına çıxan və ona müsahibə verən Yekaterina Georgiyevna həyatından razı olduğunu və əziyyətinin hədər getməməsindən məmnunluqla danışdı. Eyni zamanda olduqca özünü sadə aparan Yekaterinanın səmimi danışığı, suallara cavab verərkən özünü yenə də adi kəndli qadın kimi aparmaqda davam etməsi amerikalı jurnalisti heyrətə salmışdı. Yekaterinanın müsahibə zamanı dedikləri və onun milli geyimdəki şəkli ABŞ mətbuatında böyük rezonans doğurdu.

Ana və oğulun son görüşü

1935-ci ilin oktyabr ayında ana və oğul-Stalin və Yekaterina sonuncu dəfə görüşdülər. Bu görüşlə bağlı jurnalist Boris Dorofeyev "Pravda" qə zetində belə yazmışdı: " Biz Stalinlə birlikdə oktyabr ayının 17-də onun anasının qonağı olduq. 75 yaşlı Keke özünü çox gümrah hiss edirdi. O bizə öz həyatının unudulmaz günlərini xatırlatdı. Keke bizimlə söhbətində: "Xoşbəxtlik nədir, hansı xoş günlərimi daha çox xatırlayıram, deyə məndən soruşursunuz. Bütün dünya bizim ölkəyə, oğluma baxaraq sevinir. Bundan daha yaxşı hansı xoş günləri xatırlaya bilərəm ki? Mən arzuma çatdım. Belə bir oğlum var, onun hər dəqiqəsi mənim üçün sevinc, xoşbəxtlikdir",-deyir.

Biz geniş və işıqlı otaqda oturmuşduq. Otağın ortasında ağ süfrə ilə örtülmüş dairəvi masa var. Masanın ortasında isə bir dəstə gül qoyulub. Burada rahat divan, stullar, bir də çarpayı gözümə dəyir. Çarpayının üstündə divardan gənc Stalinin Leninlə birgə çəkdirdiyi şəkli asılıb.

Keke ana isə dil boğaza qoymaq bilmədən danışır: "Xəbərarlıq etmədən gəldi, açdım qapını və onu, oğlumu gördüm. O uzun müddət məni qucaqlayaraq öpdü, uşaqlıqda olduğu kimi yenə də ana qucağından ayrılmaq istəmirdi. Mən ondn yeni Tbilisinin xoşuna gəlib gəlmədiyini soruşdum. O isə Tbilisidən razı qaldığını söylədi. Biz sonra birlikdə keçmiş günlərimizi xatırladıq. O vaxt mən gecə-gündüz bilmədən işləyir, oğlumu böyütmək üçün yorulmaq nə olduğunu bilmədən çalışırdım. Çətin, çox çətin idi mənə belə həyat. Kiçik balaca otağımızın damı pis vəziyyətdə idi. Yağış yağanda birbaşa içəri axırdı. Kasıblıq içində yaşayır, acından ölməmək üçün bir tikəni zorla qazanırdım. Ancaq heç vaxt oğlum mənə pis münasibət bəsləmədi, oğulun anaya olan sevgisini məndən əsirgəmədi. Həmişə qayğıma qaldı, çəkdiyim zəhmətlərimə oğul sevgisi və məhəbbəti şilə cavab verdi. Belə bir oğulla mən fəxr edirəm"-dedi".

("Pravda" qəzeti, 23 oktyabr 1935-ci il)

Stalinin 1937-ci ilin may ayında anasına yazdığı son məktubundan sətirlər: "Əziz anam sənə şal, isti jaket və dərman göndərirəm. Dərmanı əvvəlcə həkimə göstər, sonra onları qəbul elə. Belə ki, hansı həcmdə dərman qəbul edəcəyini həkim müəyyən etməliidr. Səni min iil yaşa mənim anam. Mən sağlamam. Sənin oğlun Soso. Uşaqlar səni çox istəyirlər".

Qeyd edək ki, Yekaterina oğlunun keşiş olmasını arzulayırdı və bu arzunu həyatı boyu ürəyində gəzdirdi. Yekaterina Allaha çox bağlı bir qadın idi və hətta SSRİ-də ateizmin baş alıb getdiyi bir vaxtda belə kilsəyə gedir, şam yandırır, dualar edirdi. Oğlundan uzaqlarda Tbilisidə o günün böyük hissəsini demək olar dua etməklə keçirirdi. Oğlunu keşiş görmək arzusunu o həyatının son anlarında belə dilinə gətirmişdi. Yekaterina Georgiyevna artıq son günlərini yaşayanda Stalin onun yanına gəlmişdi. Stalinin həyat yoldaşı Svetlana Alilluyevanın yazdığına görə, ana ilə oğul arasındakı söhbət zamanı Yekaterina dərindən köks ötürərək belə demişdi: "Oğlum hayıf ki, sən keşiş olmadın. Mən həmişə arzulayırdım ki, sən keşiş olasan. "(Svetlana Alilluyeva: Dostuma 20 məktub" Moskva, 1990, səhifə 121)

Yekaterinə Georgiyevna 1937-ci il iyun ayının 4-də dünyasını dəyişdi. Onun ölümü adətən olduqca sərt xarakterə malik olan Stalini ağlatmışdı. Dəfn mərasimində iştirak edən Stalinin yanaqlarından uzun müddət göz yaşları axmış, o bu ağrını heç vaxt unuda bilməmişdi.

Anasının qəbri üstünə qoyduğu qara çələngdə Stalinin dilindən belə yazılmışdı: "Doğma və əziz anasına oğlu İosif Cuqaşvilidən (Stalindən)"