Su axtarırdılar, qədim pullar tapdılar - FOTOLAR

Su axtarırdılar, qədim pullar tapdılar - FOTOLAR

4 Dekabr 2017 00:31
Bəyəndim (0) Bəyənmədim (0)

Goranboyda su quyusu qazıntısı zamanı qədim bəzək əşyaları tapılıb.

Hadisə 1982-ci il təvəllüdlü rayon sakini Vasif Məmmədovun həyətində qeydə alınıb.

O, həyətinə quyu qazdırmaq üçün traktor gətizdirib. Qazıntı işləri zamanı aqreqatın qarşısında qızıla bənzər əşyalar görünüb. Ev sahibi dərhal traktoru saxladaraq ərazini özü qazmağa başlayıb. Qazıntı zamanı quyudan qədim olduğu ehtimal edilən və çəki daşlarını xatırladan əşyalar, həmçinin mis və gümüş pullar çıxıb. Ev sahibinin dediyinə görə, həmin ərazidə belə əşyalar və dəyərli pulların çox olacağı ehtimalı var. Ərazidə ev sahibi və yaxınları tərəfindən qazıntı işi davam etdirilir. Report