Azərbaycanda tələbələrə verilən təqaüd artırılacaq

Azərbaycanda tələbələrə verilən təqaüd artırılacaq

2 Dekabr 2017 08:44
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın 2018-ci il dövlət büdcəsinin təhsil bölməsində Təhsil Nazirliyinin "sair xərclər" maddəsi üzrə xərclərin 46 mln. manatının təyinatı dəyişdirilərək "tələbələrə verilən təqaüd" xərc maddəsinə yönəldilib.

Mediainfo.az "Report"-a istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.

"2018-ci il üçün həmin maddə üzrə xərclər 70 mln. manata çatdırlacaq ki, bu, cari illə müqayisədə 11,3 mln. manat və ya 19,3% çoxdur. Bu da büdcənin müzakirəsi zamanı tələbələrə verilən təqaüdlərlə bağlı sələndirilən anlaşılmazlıqları tam aradan qaldırır", – deyə S.Şərifov əlavə edib.