Avtobusda corablarını çıxartdı, həbs olundu

Avtobusda corablarını çıxartdı, həbs olundu

1 Dekabr 2017 16:34
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanda avtobusda qoxulu corablarına görə digər sərnişinlərlə mübahisə yaşayan adam həbs olunub.

27 yaşlı gənc avtobusda ayaqqabılarını və corablarını çıxardığı üşün sərnişinlər arasında narazılıq yaranıb. Avtobusdakı adamlar, gəncin corablarını bir torbaya qoymasını və ya bayıra atmasını istəyib.

Lakin gənc onlara məhəl qoymadığı üçün şiddətli bir mübahisə başlayıb. Daha sonra sərnişinlər, avtobus sürücüsündən yol üzərindəki bir polis bölməsinə getməyi tələb ediblər.

Bölmədə gəncdən şikayət etdikləri üçün gənc həbs olunub.Moderator.az