Həm qızını, həm də bacısı qızını doğdu

Həm qızını, həm də bacısı qızını doğdu

18 Aprel 2011 13:02
938
Bəyəndim (0) Bəyənmədim (0)

Fransız Karine Siriotun doğuşdan xromosom əskikliyi olduğu üçün o, hamilə qala bilmirdi. Karinin bu vəzifəsini onun əkiz bacısı öz üzərinə götürdü. Əkizinin yumurtalıqlarını özünə nəql etdirən Siriot beləcə hamilə qalmağı və dünyaya qız uşağı gətirməyi bacardı.

Bu minvalla dünyada ilk dəfə sağlam bir qadının yumurtalıqları əkiz bacısına nəql edilərək, bir doğum gerçəkləşdirilmiş oldu. Xoşbəxt ana qızına Viktoriya adını verdi.

Viktoriya qələbə deməkdir. Yəni bacılar təbiət üzərində qələbə çaldıqlarını nümayiş etdirmiş oldular.

Günel Həbib

O.M.