Şahzadə Diana unudulur?

Şahzadə Diana unudulur?

18 Aprel 2011 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

"Kral ailəsinin yeni gəlini qlobal mediada haqqında ən çox bəhs olunan qadındır" desək, yanılmarıq. Son media araşdırmaları Keyt Midletonun dünyanın ən populyar qadını olacağını və bu yolda inamla irəlilədiyi göstərir. Əgər bu tendensiya davam etsə, Keyt şahzadə Dianadan "dövrünün ən populyar siması" ünvanını alacaq. Həmin araşdırmada o da ortaya çıxıb ki, Keyt nişanlısını eyni kateqoriyada xeyli geridə qoyub.

Onu da nəzərinizə çatdıraq ki, aldığımız məlumata görə, bütün dünyanın səbirsizliklə gözlədiyi toyda xanımların əksəriyyəti türk aksessuarlarından istifadə edəcək. Kapalıçarşıda ərsəyə gətirilərək, piştaxtaya düzülən bəzək-düzək əşyaları kraliyyət ailəsinin xanımlarının diqqətini hər zaman cəlb etməkdə olub. Elə məhz bu səbəbdən də ilin toyunda zərif cinsin nümayəndələrinin aksessuarları məhz Türkiyədən məxsusi olaraq onlar üçün sifariş olunacaq və gətiriləcək.

Sən demə, kral ailəsi də "tolkuçka" mallarından istifadə edir, yəni Kapalıçarşıdan.

Günel Həbib

O.M.