Çılpaq bəy və gəlin...

Çılpaq bəy və gəlin...

18 Aprel 2011 11:37
1 388
Bəyəndim (0) Bəyənmədim (0)

26 yaşlı Melaniye Şxaxer və 31 yaşlı Rene Şxaxer bu böyük günü yaddaqalan etmək istəyirdilər. Və bunu bacardılar!

Melaniye-Rene cütlüyü bu gün nikah masasına oturdular. Uzun müddət idi ki, qeyri-adi toy təşkil etmək üçün dəridən-qabıqdan çıxan sevgililər nəhayət ki, bir qərara gəldilər. Bəy tamamilə çılpaq halda, yalnız bir papaqla toyda iştirak etdi. Ət rəngli dar paltar geyinmiş gəlin isə uzun fatası ilə diqqət çəkdi. Nikah zamanı məhrəm yerlərini başındakı papağı ilə örtən Rene, "Vücudumuzdan utanmırıq. Orijinal bir toy etmək istədik. Zənnimcə, alındı!" - deyə fikrini bildirib.

Xatırladaq ki, 2009-cu ildə avstraliyalı Elliye Barton və Fil Hendikcot da toylarında çılpaq halda iştirak etmişdilər.

Səbəbkarlar toyda soyunublarsa, yəqin toy gecəsində geyinərlər.

Günel Həbib

O.M.