50 min avroya ölkə satılır

50 min avroya ölkə satılır

18 Aprel 2011 11:11
880
Bəyəndim (0) Bəyənmədim (0)

Avstriya və İsveçrə arasında yerləşən Lixtenşteynin rəhbərliyi ölkəni satışa çıxartdı.

İngilis Daily Mial qəzetinin xəbərinə görə, xüsusilə zənginlər üçün cənnət hesab olunan Lixtenşteyn turistlərə gecəsi 50 min manatdan kirayə veriləcək. Lixtenşteyn səlahiyyətliləri Alp dağlarında tətil etmək istəyən zənginlər üçün fərqli bir marketinq üsulu tapdılar. Ölkə rəhbərliyi satış məsələlərini bir Amerika şirkəti ilə razılaşıb və hər gün üçün 50 min avro ödəyən qonaqlarına bir çox imkanlar təqdim edir. Ölkəni kirayə götürən turistlərə Lixtenşteynin simvolik açarı verilir. Buranı "alanlar" üçün fişəng nümayişləri göstəriləcək, dağ gəzintiləri təşkil olunacaq və Lixtenşteyn şahzadəsinin barından ləziz şərablar daddırılacaq.

Bu arada 30 min nəfərlik əhalinin ölkədə qalmasına da icazə veriləcək.

Torpağı satmaq ilk dəfədir ki, şərəfli iş sayılır...

Günel Həbib

O.M.