Dünya daha bir möcüzəyə şahidlik etdi- Dənizdə itənlər 5 ay sonra tapıldı

Dünya daha bir möcüzəyə şahidlik etdi- Dənizdə itənlər 5 ay sonra tapıldı

27 Oktyabr 2017 17:37
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya daha bir möcüzəyə şahidlik edib. İki qadın dənizçi itləri ilə birlikdə dənizdə yoxa çıxdıqdan 5 ay sonra tapılaraq xilas ediliblər.

Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, onların xilas edilməsi anı ABŞ Dəniz Qüvvələri tərəfindən çəkilərək Youtube-yə yerləşdirilib.

Cenifer Appel və Taşa Fuiaba adlı dənizçilər Havaidən Tahitiyə doğru 3 min 200 kilomet məsafə qət etmək üçün yazda yola çıxıblar. Ancaq qayıqlarının motoru may ayında sıradan çıxıb. Dənizçilər yola yelkənlə davam etməyi qərara alıblar.

Tahitiyə çatmağı planlaşdırdıkları vaxtdan iki ay keçincə kömək çağırıblar. Ancaq ən yaxın quru ərazisi çox uzaqda olduğundan kömək siqnalını qəbul edə bilməyiblər. Bir dəniz nəqliyyat vasitəsinə yardım siqnalı göndərmək isə bir ay vaxt alıb. Tayvan balıqçı qayığının qəbul etdiyi kömək siqnalı ABŞ Dəniz Qüvvələrinə çatdırılıb. Qadınlar Yaponiyanın 900 kilometr cənub-şərqində tapılaraq xilas ediliblər.

Cenifer Appel adlı dənizçi bu qədər zamanda həyatda qala bilmələrinin səbəbini belə izah edib: "Yola çıxarkən bir illik ərzaq və su ehtiyatı götürmüşdük. Bu qədər zamanda həyatda qalmağımızın əsas səbəblərindən biri də budur".