“Toshiba”nın xalis itkiləri 1 milyard dollar olacaq

“Toshiba”nın xalis itkiləri 1 milyard dollar olacaq

26 Oktyabr 2017 17:55
Bəyəndim (0) Bəyənmədim (0)

Yarımkeçiricilərin istehsal ilə bağlı olan müəssisəni satdıqdan sonra vergiləri hesabladıqda, "Toshiba" şirkəti bu nəticəyə gəlib ki, onun üçün cari maliyyə ili 970 milyon dollar xalis itki ilə başa çatacaq.

Lent.az xəbər verir ki, aprel ayında "Toshiba" şirkəti flaş-yaddaşların istehsalı ilə məşğul olan müəssisəsini satmaq məqsədilə ayrıca bir şirkətə çevirib. Vergilərin hesablanması üçün əsas səhmlərin dəyəri və müəssisənin ayrılma zamanı üzərinə düşən öhdəlikləri olub.

İstehsalçı qeyd edir ki, satışdan sonra proqnoz 17,6 milyard dollar daxil olmanın olacağını istisna etmir. Çünki razılaşmanın həyata keçməsi üçün hələlik tənzimləyici orqan tərəfindən razılıq verilməyib.

Bundan öncə "Toshiba" şirkəti ilin nəticələrinə əsasən, 1,9 milyard dollara yaxın xalis mənfəət əldə etməyi nəzərdə tuturdu.