Londonda tarixi Qurani-Kərimin satışı dayandırıldı

Londonda tarixi Qurani-Kərimin satışı dayandırıldı

26 Oktyabr 2017 16:05
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur osmanlı xəttatı Mustafa Dədə tərəfindən 16-cı əsrdə qələmə alınan və Londondakı Christies muzeyində saxlanılan tarixi Qurani-Kərim nüsxəsinin satışa çıxarılması işi dayandırıldı.

Lent.az xəbər verir ki, hərrac məqsədi ilə tamaşaçılara təqdim olunması planlaşdırılan kitabın gözlənilmədən siyahıdan çıxarıldığı bildirilib. Muzey rəsmiləri bunun səbəbləri barədə heç bir açıqlama verməyiblər

Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin Mədəniyyət Nazirliyi sözügedən Quran nüsxəsinin İngiltərəyə qanunsuz yollarla aparıldığı barədə iddia qaldırmışdı.

Ehtimal olunur ki, kitabın satışını da bu səbəbdən dayandırılıb.