ƏFSANƏVİ BRÜS  Lİ

ƏFSANƏVİ BRÜS Lİ

20 Oktyabr 2017 21:38
Bəyəndim (2) Bəyənmədim (0)

1940-cı ilin səhərində Çin təqviminə görə Əjdaha ilində Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olan Brüs Linin əsl adı Jun Fan Lidir. Ailə çox qısa bir müddət sonra Honq Konqa geri döndü. Atasının son filmində rejissor onu setdə gördü və o rejissorun çox xoşuna gəldi və ona bir rol təklif etdi. Bu 8 yaşlı Brüsün gələcəkdəki film karyerasının başlanğıcı oldu.

Kunq-Fu ustası ilə tanışlığı

Li on üç yaşında atasından Tay Çi döyüş dərsləri almağa başlayır. Küçə davalarından birində döyüləndən sonra bu idman növüylə ciddi maraqlanır və böyük ustad İp Manla tanış olur. Ailəsi onu Kunq-fu sənətini öyrənməsi üçün bu məşhur idman ustasının məktəbinə yazdırır. Li böyük ustanın ən yaxşı tələbəsinə çevrilir.

Küçə davaları

Li zaman keçdikcə Ving Çun döyüş sisteminə mükəmməl şəkildə yiyələnir. Honkonqda təşkil edilən boks çempionatlarında üç dəfə çempion olan Çemsi məğlub edir və boks çempionu adını qazanır. Küçə davaları səbəbindən litseyi atmalı olur. Bir döyüşdə rəqibinin qolunu və ayağını qırdıqdan sonra atası onu ABŞ-a göndərməyi qərara alır.

Amerika günləri

Linin ABŞ-a gedərkən yanında apardığı tək şey 100 dollar və Kunq Fu təlimi idi. Amerikaya gəldiyi ilk günlərdə Sietl şəhərində ofisiantlıq edir, restoranın çardağında yaşayır. Həmçinin də təhsilini davam etdirir. Orada litseyi bitirib Vaşinqton Universitetinə daxil olur. Universitetdə oxuyarkən gecələr restoranda işləyir. Bir neçə ay sonra bu həyat tərzinin ona görə olmadığını görüb, işdən ayrılaraq Kunq Fu dərsləri deməyə başlayır. Burada amerikalılara çinlilərdən başqa kiməsə öyrədilməsi qadağan olan Kunq Fu dərslərini verməyə başlayır. Öz məktəbini açır. Bir tərəfdən də universitet təhsilinə davam edirdi. Fəlsəfə üzrə diplom müdafiə edir.

Çinlilər Liyə qarşı

Amerikalılar Kunq Fuyla ilk dəfə Brüs vasitəsi ilə tanış olublar. Qazandığı qələbələr ona daha da məşhurluq gətirirdi. Digər məktəblərdən olan tələbələr də Brüsün yanına gəlirdilər. Çinlilər Lini alçaltmaq üçün Çindən seçdikləri döyüşçünü onun qarşısına çıxardırlar. O, B. Linin qarşısına belə şərt qoyub:

"Sənin burada başqalarına Kunq Fu öyrətməyini istəmirik. Səninlə döyüşəcəm. Əgər sən qalib gəlsən dərslərinə davam edəcəksən, əks halda, bu məktəb bağlanacaq".

Brüs rəqibini 3 dəqiqə ərzində məğlub edir: "Kimə istəsəm, ona da öyrədərəm! Necə yəni? Yalnız çinlilərdəmi iradə və qabiliyyət var, digər cəmiyyətlərdə heç bir şey yoxdurmu?"- deyə cavab verib.

Həftədə 6 gün məşq

Brüs Li artıq yeni bir tərz üzərində dayanmışdı. Tez-tez boks məşqləri edirdi. O, bunun üçün xüsusi müəllimlər tutmuşdu. Brüs Li öyrəndikləri ilə kifayətlənməyib, başqa əlavə idman növlərində də ustalıq səviyyəsinə yüksəlmişdi. ABŞ-a getdiyi gündən 8 saat olmaqla, həftədə 6 gün məşq edirdi.

1964-cü ildə təşkil edilən Ed Parker turnirinə şərəf qonağı olaraq çağırılmışdı. Bu turnirdə bütün istedadlarını göstərib, bütün diqqətlər onun üzərində cəmlənib. Bu turnir prodüserlər və rejissorların gözlərini qamaşdırmışdı. Ona serial, film təklif edirlər. Həmçinin filmlərə çəkilərkən bir çox məşhura bu idman növünün sirlərini öyrədib. Bunlar içərisində karate üzrə 7 qat dünya çempionu Çak Norris də var.

Film karyerası

İlk uzun metrajlı filmi Çinli prodüser Raymond Çou yeni qurduğu film şirkəti Qoldan Harvestla çəkilən filmidir. Film Honq Konq və cənub-şərqi Asiya bölgəsində indiyə qədərki ən çox satılan film olur. Bundan sonra Asiyalıların çəkdiyi "Qəzəbin yumruğu" filmində çəkilir. Dövrün super ulduzu Vang Yu Böyük Usta çəkilən filmin gözəl olması üçün döyüş səhnələrinin xoreoqrafiyasını nizamlarkən gecə gündüz çalışırdı. Hərəkətli səhnələr uzun planlı çəkilişlər tələb edirdi. Nunçaku, Bo, Kali, bıçaqlar və bunun kimi bütün döyüş alətlərindən istifadə edərək döyüş səhnələrini daha da təsirli edirdi.

1970-ci illərdə Hollivud ilə Honq Konqdan ona inanılmaz təkliflər gəldi. Bu illərdə kürəyindən çox ciddi zədə aldı.

Brüs Linin üçüncü filmi "Əjdahanın yolu" oldu. Bu filmdə Linin yanında köməkçi aktyor olaraq Amerikada yeddi dəfə karate çempionu olmuş Çuk Norris çəkildi. Brüs Linin hər filmində bir yenilik vardı. Brüs Li Dan İnosanto və Kərim Abdül Cabbar ilə "Ölüm Oyunu" filmində də çəkildi. Amerikan filmlərində baş rol oynamağı çox istəyən ancaq bunu bacara bilməyən Li, dördüncü filmini çəkərkən Amerikalı prodüserlərdən baş rol oynayacağı bir film təklifi gəldi. Buna görə sənətçi "Ölüm oyunu" filmini yarıda qoyaraq, Çin Amerikan ortaq istehsalı olan "Əjdahanın çıxışı" filmi çəkildi. Amerikan Kinosunda və Uzaq şərq filmində super ulduzla çevrilən Li "Ölüm oyunu" adlı filmini tamamlamadan vəfat etdi.

Həkimlər ona döyüş sənətin əl çəkməsini və yaxşılaşması üçün yataqdan çıxmaması lazım olduğunu söylədilər. Bu dövr Brüs Linin həyatında ən pis dövrlərindən biriydi. 6 ay yataqda qaldı. Bu zaman "Cit Kun Do Tao" adlı kitab yazmağa başladı. Amma axıra çatdıra bilmədi. Kitabını ölümündən sonra arvadı tamamladı.

Şəxsi həyatı

Brüs Li 1964-cü ildə Linda Emeri adlı qızla evləndi. 1 fevral 1965-ci ildə onların Brendon adlı oğlu dünyaya gəldi. Bir neçə il sonra 19 aprel 1969-cu ildə isə Şanon adlı qızı dünyaya gəlib.

Vəfatı səbəbi

İyul 1973-cü ildə Brüs Linin ölümü tragediya olaraq qaldı. Fiziki sağlamlığının insanlar tərəfindən çox yaxşı olduğu bilinirdi. Ölüm səbəbinin təbii səbəblərdən ola biləcəyi düşünülürdü.

Başağrısından şikayət edən Brüsə Betti hər vaxt özünün də istifadə etdiyi bir aspirin qarışığı olan Equogesic verdi. Ondan sonra Brüs uzanmaq üçün yataq otağına getdi. Raymond Bettinin evinə gedib Brüsü qaldırmağa çalışdı, amma bacara bilmədi. Onu qurtarmaq üçün edilən bir çox müvəffəqiyyətsiz sınaqdan sonra təcili yardım çağırıldı.

Brüs xəstəxanaya çatdırıldıqda artıq vəfat etmişdi. Təcili yardımda ürək və tənəffüsə müdaxilə edildi. Amma bir həyat əlaməti yox idi. Brüsün necə öldüyü əslində müzakirə mövzusu oldu. Ölümünün beynindəki şişdən ola biləcəyi deyildi. Bunun doğuşdanmı, yoxsa daha sonradanmı ortaya çıxdığı məlum deyildi. Hətta ölümündən 2 ay əvvəl bir beyin zədəsi keçirmişdi. Minlərlə insan küçələrə tökülüb, son səfərində onu tək buraxmaq istəmədilər. Kütləni dayandırmaq üçün polis tərəfindən barrikadalar qurulurdu. Digər bir faciədə isə oğulu Brendon Linin 31 mart 1993-cü ildə ABŞ-ın Şimali Karolina əyalətində "Qarğa" adlı filmin çəkilişləri əsnasında qarnından vurularaq ölməsidir. Brüs Li ABŞ-ın Sietl əyalətində Leyk Vyu qəbiristanlığında basdırılmışdır. Brendon Li də atasının yanında basdırılıb. Hər gün özünün və oğlunun məzarı dünyanın dörd bir tərəfindən gələn insanlar tərəfindən ziyarət edilir.

Fiziki nailiyyətləri

· Brüs Li düyü dənələrini havaya atıb və yemək üçün çubuqlarla tuta bilirdi.

· Brüs Linin zərbəsi 0,05 saniyə çəkirdi.

· Brüs Li dayanmadan 1500 jim edə bilirdi.

· Brüs Li 2 barmaq, bir əli ilə yerdən 200 dəfə jim edə bilirdi.

· Brüs Li 32 kiloluq qanteli bir, düz əli ilə gözləri səviyyəsinə qaldırıb 20 saniyə saxlaya bilirdi, bir əli ilə 50 dəfə yuxarıya çəkinə bilirdi.

· Brüs Linin zərbəsi əl ilə 1700 kiloqrama gəlirdi, ayağı ilə zərbəsi isə 3 tonu keçirdi.

· Brüs Li on sentlik qəpiyi başqasının əlində həmin şəxs əlini yummamış dəyişməyi bacarırdı.

· Brüs Li həddindən artıq çox cəld idi. Normal bir filmdə saniyədə 24 kadr olarkən Brüs Linin döyüşlərindəki çəkilişlər 32 kadr olurdu.

· Brüs Linin boyu 1.62 m, çəkisi isə 57 kiloqram olub.

İsa Rəvan