“Prezident özünü batırmışdı” - “Yeltsin tez-tez arvadının gözünün altını qaraldırdı” - ŞOK...

“Prezident özünü batırmışdı” - “Yeltsin tez-tez arvadının gözünün altını qaraldırdı” - ŞOK...

20 Oktyabr 2017 15:15
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın ilk prezidenti Boris Yeltsinin mühafizə xidmətinin keçmiş rəhbəri Aleksandr Korjakovun "112 Ukrayna" telekanalına müsahibəsinin Azərbaycan oxucuları üçün də maraqlı olacağına inanırıq.

Vaxtilə yaşadığımız SSRİ-nin son illəri, ölkə rəhbərlərinin o zamanlar görünməyən gündəlik həyat tərzləri, ailələri, xasiyyətləri və s. haqqında məlumatlar, tarixi faktlar olduqca maraqlıdır.

Moderator.az A.Korjakovun müsahibəsinin ikinci hissəsini təqdim edir.

Əvvəlini bu linkdən oxumaq olar: moderator.az/news/195665.html

- Rusiyanı idarə etmək-xuxra-muxra ( boş şey) deyil

- Hmm, mən onu idarə etmirdim-amma, görürdüm ki, onu necə idarə edirlər. Bəyəm, Rusiya ilə indi nə edirlər? Deyərdim ki, onu sadəcə zorlayırlar.

- Siz mənə danışmışdınız ki, "okeanın üzərində Naina (Yeltsinin arvadı) məni oyadıb: "Boris Nikolayeviç yıxılıb və hərəkətsiz uzanıb. Özünü s...b batırıb, çox pis sərxoşdur". Nə baş vermişdi?

- Dima, görürəm ki, mənim sonuncu kitabımı yaxşı oxumusan, mən sonuncu kitabda olduğu kimi s....b özünü batırıb yazmışdım, işiyib yazmamışam. Birinci kitabda " işəyib" yazmışdım, mənə dedilər ki, prezident haqqında belə yazmaq olmaz. Amma, arvadı onu necə təhqir etmişdisə, mən də elə sitat gətirmişdim. Kitab çox sərtdir, başqa cür də ola bilməz. Nə baş vermişdi? Möhkəm ürək pristupu. Boris Nikolayeviçin yaşında Amerikaya uçuş, tez-tez içmək, yorğunluq - öz sözünü deyirdi. Həmin axşam isə o az, cəmi dörd qədəh içmişdi. Pristup baş verdi. Birinci infarkt isə onda 1995-ci ilin yayında olmuşdu.

- Deyin, Belovejyedə Yeltsin içmişdi?

- Orda hamı içirdi-rəhbərlər də, köməkçilər də, mühafizə də... Konyak sel kimi axırdı! Yeri gəlmişkən, heç də yaxşı konyak deyildi, çünki Belarusunku idi, Belarusun da öz üzümü yoxdu. Amma, çoxlu yaxşı zubrovka (Belarus arağı) vardı.

- Amma, Kravçuk da, Fokin də, Şuşkeviç də, Burbulis də məni inandırırdılar ki, Puşşada görüş zamanı heç nə içməyiblər. Kim düz deyir - Siz ya onlar?

- Gəl, belə danışaq: sən məni yalanla heç yerdə tuta bilməzsən, ona görə ki, kitabımda hər söz həqiqətdir. Hələ indiyədək, heç kim məni məhkəməyə verməyib. Nə olsun ki, Naina deyə bilər: "Korjakovdu də, yenə nəsə uydurur". Amma, mən heç nə uydurmuram, sadəcə mənim yaxşı yaddaşım var və "beşlə" oxumuşam. O başqa məsələdir ki, içiblər, yoxsa içib cızıqlarından çıxıblar? İçməyinə içdilər, amma hədlərini aşmadılar, ona görə ki, vacib işi müzakirə edirdilər, sənədlər aparıb-gətirirdilər və sairə. Sənədləri aparanda, kimsə hərdən təşəbbüsdə bulunurdu: "Gəlin adama bir qədəh vuraq". Və balaca qədəhlər vardı, stəkan yox idi.

- Yeri gəlmişkən, bu doğrudumu ki, Belovejyedə Fokinlə Burbulis arasında konflikt qızışıb, nəticədə Fokin Burbulisi vurub?

- Birinci dəfədir eşidirəm, mənim yanımda olmayıb. Ola bilsin ki, mən Yeltsinlə Buşu telefonla birləşdirməyə çalışdığım vaxt baş verib.

– Üç müttəfiq respublikanın altı liderlərindən - prezident və baş nazirlərdən hansı daha çox çalışırdı ki, İttifaq dağılsın? Var idi belə adam?

- Düşünürəm ki, Mixail Sergeyeviç Qorbaçov hamıdan çox iş gördü, çünki Sovet İttifaqı faktiki dağılmışdı, bütün respublikalar müstəqilliyini elan etmişdi. Burda isə bu işi, lazım idi ki, hüquqi cəhətdən həll etsinlər. O vaxt, bilirsiniz necə düşünürdülər? Hər şey dostcasına və gözəl olacaq, yəqin ki, valyuta da eyni olacaq. Heç kim təxmin belə etmirdi ki, hər şey bu qədər soyuq və sərt olacaq, heç kim buna hazır deyildi.

– Doğrudurmu ki, Siz Yeltsinlə buzlu suda çimməli olmusunuz?

- O qədər.., sayını belə unutmuşam. Buzlu suda da çimmişik, buz olmayanda da. Moskvaçayda buzlar üzəndə o məni dilə tuta bildi. Əslində, o çimməyi məndən xahiş etməmişdi, sadəcə mən onu qorumalıydım.., ona görə mən də çimdim.., nə etməliydim?

– Qoçaq uşaqlarsız!

- Olanda olur.

- Bəs, doğrumu, o vaxt qurultayda da danışdılar, Yeltsini körpüdən çaya atanda, əslində o bir xanımın yanına gedib, o xanımın yanında da başqa aşna olub, o da Boris Nikolayeviçi möhkəm əzişdirib.

- Belə, versiyalar çox olub, amma Yeltsin həmişə onun üstündə dururdu ki, dörd kişi onu qamarlayıb, başına pencək keçiriblər, maşına ..və körpüdən atıblar. Ondan başqa versiya eşitməmişəm. Baxmayaraq ki, səhərisi getdim.., baxdım. Əgər məni o körpüdən atsaydılar.., yəqin əzilərdim, çünki ora çox dayaz idi. Körpü hündür.., altındakı çayın dərinliyi də maksimum bir metr.

– Mənə demişdiniz: "Yeltsin arvadını raketka ilə kürəyindən aşağı yerindən vurardı, amma gözünün altını da qaralda bilirdi". Boris Nikolayeviç tez-tezmi belə edirdi?

- Belə işləri haqqında danışardı ki, arvadı çərənləyəndə onu necə çırpır. Amma, bunu demək etikadan kənardır. Naina üçün xoşagəlməz anlardır. Mənim yaddaşımda isə... İki həftə dalbadal iki dəfə Naina tünd eynəklə evə gəldi - deməli yenə payını almışdı. Payını bəzən ona görə alırdı ki, adam əlavə içmək istəyəndə ona mane olurdu.., bu da adamı elə dəli edir ki...

– Tatyana Dyaçenko.., Boris Nikolayeviçin qızı, Kremldə çox şeymi həll edirdi?

- Nə deyim, Yeltsin tərəvəz kimi büzüşəndə, hər şeyi həll edirdi.

– Hər şeyi?

- Hə, ona görə ki, atası yalnız ona etibar edirdi. Müvafiq olaraq ona da Yumaşev, Berezovski, Çubays rəhbərlik edirdi. Onlar Tatyanaya məsləhət görürdülər ki, atasına nəyi soxuşdursunlar, nə aparsınlar, nəyi itələsinlər. O da sükanı tutmuşdu. Atasına nəyi demək olardı, ya əksinə, başqa nə demək olardı.

– Bu gün Boris Nikolayeviçin ailəsi çox varlıdırmı?

- Əvvəlki suala əlavə edə bilərəmmi?

– Əlbəttə.

- Sən deyəndə ki, mən ölkəni idarə edirdim - bu, elə o ailənin uydurmalarıdır: Tanya və onun dostları- Berezovskinin, Qusinskinin... Bütün bunları onlar uydurmuşdular ki, məni Yeltsinlə üz-üzə qoysunlar. Və heç nəyin üstündə məni işdən azad edəndə, sadəcə oğruları onun üçün tutanda, yəqin yeganə addımım olaraq təəssüf hissi keçirirəm. İşdən çıxmaq üçün ərizə yazdım və həmən dəqiqədən Tanya öz kampaniyası ilə real olaraq ölkəni idarə etməyə başladı. Onların idarə etdiyi yarım il müddətdə ölkədən 300 milyard dollar çıxarıldı. Keçən il 30 milyard -10 dəfə az çıxarıblar. Ona görə ki, heç yerə aparmaq olmur - qəbul etmirlər.

- Belə çıxır ki, Yeltsinin ailəsi çox zəngindir?

- Əgər" ailə" sözünü geniş anlamda işlətsək, o zaman çox zəngindirlər, dar mənada... Yumaşevlər çox zəngindirlər, həm də Deribaskalarla qohum olandan sonra.., Okulovlar isə orta səviyyədə, ona görə ki, əvvəlkilər oğurlayırdı, Okulovlar isə belə iş görmürdülər. Naina, adəti üzrə, heç nə bilmir, onun yalnız təqaüdü bir neçə milyondur...

Necə "bir neçə"?

- Yeltsininki 120 neçə milyon idi, onunku isə yəqin yarısı olar. Ona görə oğurlamaq lazım deyil: dövlət nə verirsə ona qane olmaq lazım. Gərək mən də Çernomırdinlə dost olaydım. O, ətrafındakı uşaqları satmadı və bir kişi kimi daha çox rus idi, nəinki Yeltsin.

– Boris Nikolayeviçin sağlığında Siz məşhur "Boris Yeltsin: sübh çağından qüruba qədər" kitabını yazanda Naina Yeltsina dedi ki, "biz, Aleksandr Vasilyeviçi sevirdik, ailənin üzvü hesab edirdik, o isə bizi satdı". Satdınızmı?

- Satqını necə satmaq olar? Yeltsin məni satdı, mən onu satmadım, qisas almaq, ifşa etmək istədim.., necə istəyirsən adlandır, amma satqını cəzalandırmaq lazım idi. Naina isə... Yeni kitabçamda mən onun haqqında bir az daha çox həqiqətləri yazmışam, baxmayaraq ki, mənim rəfimdə bu ailəcik barədə hələ yazılacaq beş kitab materialı var. Bu bizim ölkəni idarə edəcək ailə deyil.

- Yeltsin öləndə hansı hissləri keçirdiniz? Yazığınız gəldimi?

- Yox. Heç bir hissim olmadı. Məni çox zənglərlə, dəvətlərlə bezdirdilər ki. bəs gəl, səni növbədənkənar buraxacağıq, çiçək qoy... Mən dedim: "Uşaqlar, nə danışırsız? Lazım deyil. Kimə lazımdırsa getsin, ağlasın, baş əysin. Mən ona çox etinasızam.

– Siz demişdiniz ki, "Yeltsini çoxdan bağışlamışam. Marazm, debilizm kimi əlamətləri olanla nə haqq-hesabım olacaq?". Amma, Siz onu tez-tez xatırlayırsınız, etiraf edirsinizmi?

- Mən axı deyirəm ki, onu mənə xatırladırlar. Jurnalistlər... Yatsam, yuxuma da gəlməz.

- Aleksandr Vasilyeviç, səhv etmirəmsə Yeltsin rəsmən Boris Nemtsovu özünün varisi elan etmişdi. Nemtsovun özü də mənə demişdi ki, Yeltsin ona deyib: "Məndən sonra Rusiyanın prezidenti sən olacaqsan" Doğrudanmı, Boris Nikolayeviç belə hesab edirdi?

Ardı var...