Bu xüsusi toyuq yumurtaları xərçəngə qarşı mübarizə aparacaq

Bu xüsusi toyuq yumurtaları xərçəngə qarşı mübarizə aparacaq

19 Oktyabr 2017 15:10
176
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyanın "Cosmo Bio Co" şirkətinin biotexnoloq-alimləri Milli Sənaye və Texnologiya İnstitutunun (AIST) tədqiqatçıları ilə birgə insan interferonuyla zəngin yumurta yumurtlayan toyuq növü yetişdiriblər.

Moderator.az xəbər verir ki, AIST-nın tədqiqatçıları xoruz cinsiyyət hüceyrələrinin genetik modifikasiyası üzərində aparılan eksperimentləri müvəffəqiyyətlə başa çatdırıblar. GM-sperması ilə mayalanan yumurtahüceyrələrdən əmələ gələn yumurtaların tərkibində aktiv beta-interferon sintez olunur.

Qeyd edək ki, insanın immun sistemi üçün çox vacib olan beta-interferon, xərçəng və hepatitin bir çox növlərinin müalicəsində istifadə olunan dərmanların aktiv komponenti olan zülaldır.

Yeni texnologiya onkoloji xəstəliklərin müalicəsində tətbiq olunan interferon əsaslı dərmanların qiymətini xeyli ucuzlaşdıra bilər.

Bu barədə xəbər dünyanın bir çox elmi portallarında, həmçinin akademiyanın rəsmi saytında da verilib.