İtaliyalı məhbuslar Papa ilə nahardan sonra qaçıblar

İtaliyalı məhbuslar Papa ilə nahardan sonra qaçıblar

12 Oktyabr 2017 09:13
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyanın Bolonya şəhərində Roma Papası Fransiskin şərəfinə təşkil edilmiş xeyriyyə naharından sonra iki məhbus tapılmayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Il Resto del Carlino nəşri yazır.

Bildirilir ki, nahara min nəfər dəvət edilib. Təbirdən sonra nəzarətçilər Neapol sakini olan iki məhbusun qaçdığını aşkarlayıblar.

Hazırda yerli polis onların axtarışlarını aparır.