Anar Məmmədxanovun xanımının iti oğurlandı

Anar Məmmədxanovun xanımının iti oğurlandı

9 Oktyabr 2017 12:07
253
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda "caucau" cinsli it oğurlanıb.

Mediainfo.Az Lent.Az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib.

Paytaxt sakini, 1970-ci il təvəllüdlü İradə Məmmədxanova polisə müraciət edərək bildirib ki, "caucau" cinsli iti bağ evinin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Müraciət əsasında axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, iti oğurlanan qadın "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, mərhum deputat Anar Məmmədxanovun həyat yoldaşıdır.

Onu da bildirək ki, "caucau" cinsi itlərin qiyməti 2 min manatdan yuxarıdır.