Kadırov bir gündə 199 cütlüyü evləndirdi

Kadırov bir gündə 199 cütlüyü evləndirdi

6 Oktyabr 2017 13:47
Bəyəndim (0) Bəyənmədim (0)

Çeçenistanın Qroznı şəhərində maraqlı hadisə baş verib.

Mediainfo.Az baku.ws-yə istinadən xəbər verir ki, 199 gənc cütlük Çeçenistanın Qroznı şəhərinin yenidən qurulmasının il dönümündə nikah kəsdirib. Bütün mərasim İslamın qaydalarına və çeçen xalqının adətlərinə uyğun şəkildə keçirilib.

"10-15 il əvvəl Qroznıda binalar tamamilə dağıdılmışdı və heç bir istifadəyə yararlı bina qalmamışdı. Bugünkü günü haqlı olaraq müharibə üzərində həyatın təntənəsi adlandırmaq olar. Bu mərasimin bütün xərcləri Rusiya qəhrəmanı adı almış Axmat Hacı Kadırov adına fond tərəfindən qarşılanıb. Mən bütün yeni evlənənlərə əmin-amanlıq, qarşılıqlı hörmət və xoşbəxtlik arzu edirəm. Xoşbəxt olun, bizim gənclərimiz!"