Məşhur model: Tramp mənə sevgili olmağı təklif etdi

Məşhur model: Tramp mənə sevgili olmağı təklif etdi

6 Oktyabr 2017 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

52 yaşlı amerikalı aktrisa Bruk Şilds verilişlərdən birində ABŞ prezidenti Donald Tramp barəsində qalmaqallı açıqlama verib.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, o, 1990-cı illərdə D.Trampın ona sevgilisi olmaq barədə etdiyi təklifdən danışıb.

"Film çəkilişində idim. Donald ikinci həyat yoldaşından boşandıqdan sonra mənə zəng etdi və dedi ki, biz birlikdə olmalıyıq, çünki sən ABŞ-ın ən sevimli ulduzu, mən isə ən zəngin adamıyam. İnsanlar bu münasibətə həsəd aparacaqlar".

B.Şilds sevgilisinin olduğunu və bu təklifi rədd etdiyini bildirib.