Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq

Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq

6 Oktyabr 2017 10:09
233
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtın bu ərazilərində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, bu gecə Niyazi küçəsində və Neftçilər prospektində rənglənmə işləri aparılacaq.

"Azəravtoyol" ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

Bu gün axşam saat 22:00-dan etibarən Səbail rayonu, Niyazi küçəsində, həmçinin Neftçilər prospektinin Azneft dairəsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində yeni üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.