İki uşaq anasını boğan azərbaycanlı məşuq tutuldu

İki uşaq anasını boğan azərbaycanlı məşuq tutuldu

4 Oktyabr 2017 10:53
Bəyəndim (0) Bəyənmədim (0)

"Hər şey yaxşı idi. Meşəliyə getdik, piknik etdik. Qayıtmağa hazırlaşanda, sanki, dəli oldu. Başladı məni vurmağa, söyməyə. Yaxamdan yapışıb dedi ki, hər şeyi söyləyəcək. Kimə, nə söyləyəcək - anlamadım. Amma hirsləndim. Ağlım başımdan çıxmışdı. Bir də gördüm ki, onu boğmuşam".

Başqırdıstandakı Meleuzov rayonunun sakini, 30 yaşlı azərbaycanlı Rasim Sadıqov həbs olunub. O, Salavat şəhərinin sakini, 27 yaşlı Olqa Yemelyanovanı xüsusi amansızlıqla qətlə yetirməkdə suçlanır.

Milli.Az NTV-yə istinadən bildirir ki, Olqa Yemelyanovanın cəsədi Salavat şəhərinin kənarında, meşəlikdə ötən həftə tapılmışdı. Olqanın qohumları, tanışları, polislər və volontyorlar günlərdən bəri axtarışlarda idilər.

Sentyabrın 22-də Olqa çalışdığı gözəllik salonunu axşam saatlarında tərk edib, lakin evə getməyib. Sən demə, o, Vkontakte sosial şəbəkəsində tanış olduğu, yazışdığı Rasim Sadıqovla görüşə yollanıbmış.

Həmin gün R.Sadıqov iki uşaq anasına, ərindən boşanmış O. Yemelyanovaya şəhər kənarındakı meşəliyə gəzintiyə yollanmağı təklif edib.

Meşəyə yollanarkən O.Yemelyanova məşuqunun avtomobilindən rəfiqəsinin qardaşı Almaz Almuxametovun Vkontakte-dəki profilinə selfi fotosunu yollayıb, "Meşəyə gedirik, gərək sən də gələydin" yazıb.

R.Sadıqov məşuqəsini boğandan sonra cəsədi kolluqda gizlədib, evə qayıdıb. Elə həmin axşam o, Savalatı tərk edib.

O.Yemelyanovanın cəsədi sentyabrın 28-də tapılmışdı.

R.Sadıqov tutulub, haqqında cinayət işi qaldırılıb. Ona qarşı RF Cm-nin 105-ci maddəsinin 1-ci bəndi əsasında ittiham irəli sürülüb.

İttiham məhkəmədə təsdiqlənərsə, R.Sadıqovu 15 il həbs gözləyir.