Müasir dövrlə ayaqlaşan disk

Müasir dövrlə ayaqlaşan disk

16 Aprel 2011 13:02
Bəyəndim (0) Bəyənmədim (0)

Budur, dünyanın ən yaşlı sərt diski!

1983-cü ildə satışa çıxarılan "Seagate ST-412" hazırda dünyanın ən yaşlı sərt diskidir. İBM-PC-də istifadə olunan disk 5.25 düyümlükdür. Onun 8 oxuma-yazma başlığı vardır. 3600 rpm sürətinə sahib əşyanın ağırlığı isə 2.1 kq-dır. Miç Hamsenin evinin zirzəmisindən tapılan disk 28 il bundan əvvəl 263 funt - yəni təxminən 325 manata satılıbmış.

Hal-hazırda işlək vəziyyətdə olan sərt disk deyəsən tez-tez, "Mən nə qədər qoca olsam da, dəyərəm min cavana" - deyə "züm-zümə" edir. Əks təqdirdə...

Günel Həbib

O.M.