Belə bir dünyada yaşamağa nə deyirsiniz?

Belə bir dünyada yaşamağa nə deyirsiniz?

5 Oktyabr 2011 12:22
Bəyəndim (0) Bəyənmədim (0)
20 il sonrakı həyatımız bu cür olacaq

Texnologiyanın yenilikləri sərhəd tanımır. 20 ildən sonra ağıllı cihaz və robotlar həyatımızı tamamilə dəyişəcək.

20 il sonranı indidən planlaşdıran texnologiya nəhəngləri günlük həyatı təpədən dırnağa kimi dəyişən yeniliklər üzərində işləməkdədirlər. 2031-ci ildə evdəki bütün işləri bəlkə də xidmətçilərin yerinə robotlar görəcəklər. Budur, 20 ildən sonra həyatımıza "təşrif buyuracaq" yeniliklərin bir neçəsi...

1. Fərdi robotlar: onlar evdəki bütün işləri özləri görəcəklər. Hətta bizə kitab belə oxuyacaqlar.

2. Televizor indi də var, gələcəkdə də olacaq. Sadəcə çox incə və plastikdən ibarət olacaq. Nəyi izləmək istəsək, bunun üçün sadəcə ağzımızdan çıxacaq bir kəlmə yetərli olacaq.

3. Nasaz olan cihazlar bizə hiss etdirmədən özü ustaya zəng edəcək. Avtomobillər yol işarələri ilə "danışacaq", tıxaca düşməmək üçün uyğun yolu seçəcək.

4. Daha 20 il öncə ilk mobil telefonlar satışa çıxarılanda hər birimizdə bir ədədi ya var idi, ya da yox. İndi sağımız da, solumuz da, arxamız da, önümüz də mobil telefonla doludur. Yaxın gələcəkdə bükülə bilən və bilərzik kimi qola taxılan mobil telefondan istifadə edəcəyik. Hətta TV də bizim üçün bilərzik olacaq.

5. Evlər hər zamankından daha "ağıllı" olacaq. Soyuducu qidaların təzəliyindən xəbər verəcək, yemək saatı gəldiyində bizə zəng vuracaq. Havadakı nəmliyi hiss edən hava təmizləyiciləri isə bizim ən yaxşı dostumuza çevriləcək.

6. Təyyarələr bugünkü bombardmanlara bənzəyəcək. Sərnişin daşıma qabiliyyəti böyük olacaq və yanacağa qənaət edəcəklər.

7. Kosmosa uçuşlar başlayır. 90 dəqiqəlik uçuş 150 min avro, Ay ətrafında 1 günlük gəzinti üçünsə 100 milyon avro lazım olacaq.

8. Moda mağazaları bizə uyğun olan paltarı seçmək üçün əvvəlcə bədənimizi lazerlə çəkəcək, seçilənləri ünvanımıza göndərəcək. İndikindən bir neçə qat sürətli qatarlar 800 sərnişini bir göz qırpımında ünvan başına çatdıracaq.

Texnikanın yüksək inkişafı insanların işini asanlaşdırmaqla bərabər onları tənbəlliyə sürükləyir.

Günel Həbib

O.M.