Qadın modasında nəyə görə kişilər suverendirlər?

Qadın modasında nəyə görə kişilər suverendirlər?

3 Oktyabr 2011 14:54
Bəyəndim (0) Bəyənmədim (0)
Dəbi onlar yaradır, onlar dəyişdirir, onlar yenidən qururlar

İngilis telekanalı "BBC" modada kişi suverenliyini müzakirə etməyə başladı. Qadın dəbinin ən ünlü isimləri hər zaman kişilər olublar. 1950/70-ci illərdə Kristian Dior, Yves Saint Loren, Gianni Versace podiumların nəhəngləri idilər. 1990/2000-ci illərdə onları Dolce və Gabanna, Aleksandr Mc.Queen və Tom Ford kimi isimlər əvəzlədi. Gəlmiş-keçmiş ən tanınmış dizayner olan Coco Chanelin markası belə günümüzdə Karl Largefeldlə məşhurlaşdı.

Mütəxəssislərə görə, bunun səbəbi dəbin tarixi kökünə kimi uzanır. Tekstil sənayesinin inkişaf etdiyi dövrlərdə naxış vurmaq kimi texniki və dizayn sahələrində əsasən kişilər işləyirdilər. Qadınlar isə tikiş və düymə tikmə kimi sadəcə əl işi istəyən işlərdə əziyyət çəkirdilər. Amerikalı məşhur dizayner Tom Forda görə, bu mövzunun başqa bir səbəbi qadınların xarici görünüşdə kişilərin zövqünə etibar etməsidir: "Kişilər obyektivdir. Onlar dizayn etdikləri paltarlarda qadınların vücudunun müəyyən hissələrini gizlətmək kimi məqsədləri olmaz".

Zənnimcə, homoseksual "kişilərin" dəbdə zövqləri daha möhtəşəmdir. Birincisi, onlar ailə həyatı qurmağa tələsmir - karyeraya, öyrənməyə ara vermirlər. İkincisi isə qadınların nə istədiklərinə dair təsəvvürləri genişdir.

Moddan heç düşməyən bir neçə şeydən biri də qadındır. (Ralston)

Günel Həbib

O.M.