Səyahətə ən çox pulu bu ölkə xərcləyir

Səyahətə ən çox pulu bu ölkə xərcləyir

30 Sentyabr 2011 12:04
Bəyəndim (0) Bəyənmədim (0)
Puluna qıyanlar kimlərdir?

"CNN"in internet səhifəsinə yerləşdirdiyi "VİSA" araşdırmasına görə, Avstraliyalı səyahətçilər hər səfərində xərclədikləri pula görə digər ölkələrdəki rəqiblərini geridə qoydular. Səyahət xərcləri dünya orta hesabı ilə 1895 dollar civarında olduğu bilinir. Ortalama səyahətə 3950 dollar xərcləyən avstraliyalılar çox güman ki, önümüzdəki illərdə də bu rəqəmə sadiq qalacaqlar. "VİSA"ya görə, kenquru ölkəsinin vətəndaşları ən çox İngiltərəyə üstünlük verirlər. İkinci tərcih isə Amerikadır. Siyahıda onları Səudiyyə turistləri izləyərkən, sonuncuların tətildə adambaşına 3129 dollar xərclədikləri açıqlandı. Ərəblər isə ən çox Misir, Malayziya, Birləşmiş Ərəb Əmirliklərinə tərəf üz alırlar. Araşdırma dünyada ən çox tərcih edilən səyahət məkanlarının Amerika, Yaponiya və İngiltərədə olduğunu ortaya qoydu.

Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı.

Günel Həbib

O.M.