Yaşlandıqca bütün orqanlar kiçilir

Yaşlandıqca bütün orqanlar kiçilir

27 Sentyabr 2011 14:47
Bəyəndim (0) Bəyənmədim (0)
Çalışın, qocalmayın...

İnsan yaşlandıqca yalnız boyca qısalmır, onun bütün orqanları da kiçilir.

Yaşlandıqca boyumuz qısalır, lakin bu mövzuda bir çoxlarının fərqinə varmadığı gerçək var - ürəkdən tutmuş beyinə kimi - bütün orqanlarımız da kiçilir. Üz sümükləri və cinsiyyət orqanları da deformasiyaya uğrayanlar arasında yer alır. "Daily Mail"in xəbərinə görə, bu dəyişiklik bəzən sağlıq problemlərini üzə çıxarır, bəzi xəstəliklər üçün yaşıl işıq yandırır. Ötən həftə Amerikada aparılan araşdırmanın nəticələrinə inanarsaq, qısalan boy omba və çanaq sümüklərinin qırılmasına səbəb olur. Bu da hər 3 nəfərdən birinin bir il içərisində ölməsinə gətirib çıxarır.

Yaş böyüyür, qalan hər şey kiçilir.

Günel Həbib

O.M.