İtaliyada orta əsrlərdə yaşamış ifritənin məzarı tapıldı

İtaliyada orta əsrlərdə yaşamış ifritənin məzarı tapıldı

26 Sentyabr 2011 19:44
Bəyəndim (0) Bəyənmədim (0)
Сadugər ifritənin çənəsinə 7, paltarlarına onlarla mismar vurulub

İtaliyanın mərkəzi hissəsində dağılmış kilsənin yerində XIII əsrin əvvəllərində yaşamış cadugər ifritənin məzarı tapıldı. Alimlərin fikrincə, o tabutsuz və kəfənsiz dəfn olunub. Onun çənəsinə 7 mismar vurulub. Bundan da artıq mismar meyitin ətrafında yerə vurulub. Arxeoloqlar iddia edir ki, mismarlarla mərhumun paltarı yerə bərkidilmişdi. Çox güman ki, onlar bununla ifritənin dirilməsinin qarşısını almaq məqsədini güdürdülər. İfritənin məzarının yaxınlığında başqa bir qadın qəbri tapılıb ki, meyitin ətrafında 17 oyun sümüyü var.

Ona görə də deyilir ki, nağıllar həyatdan götürülüb...

Hafiz Əhmədov

O.M.