Hələ də işlək vəziyyətdə olan ən qoca maşın satılır

Hələ də işlək vəziyyətdə olan ən qoca maşın satılır

26 Sentyabr 2011 15:45
Bəyəndim (0) Bəyənmədim (0)

1884-cü ildə istehsal edilən və dünyanın ən qədim avtomobili adlandırılan "La Marquise" hərraca çıxarılır. Corces Bouton ve Çarles Armand Trepardouks tərəfindən ərsəyə gətirilən avtomobili satışa çıxaran firmaya görə, o, ən qədimidir. Qoca vasitənin əsl adı isə "De Dion Bouton Et Trepardoux Dos A Dos Steam Runabout"dur. Motorundakı 1 bak su ilə 32 km yol qət edən maşın maksimum 61 km/saat sürət yığa bilir. Onun uzunluğu 2.75, ağırlığı isə 951 kq-dır. Önümüzdəki ay auksiona çıxarılacaq olan avtomobilin başlanğıc qiyməti isə 2 milyon dollardır.

Hər şeyin təzəsi, avtomobilin köhnəsi.

Günel Həbib

O.M.