İlk sürücüsüz avtomobil asfalta çıxdı

İlk sürücüsüz avtomobil asfalta çıxdı

21 Sentyabr 2011 12:28
Bəyəndim (0) Bəyənmədim (0)
Texnologiya bu qədər inkişaf edib...

Almaniyanın Berlin Universitetinin əməkdaşları ərsəyə gətirdikləri ilk sürücüsüz avtomobilin elə ilk sınağını keçirdilər. Şosseyə çıxan avtomobil elm adamlarından "5" qiymətini aldı. Sistem bu cür qurulub: sürücü oturacaqda sadəcə təhlükəsizlik naminə oturur. 360 dərəcəni görmə imkanına malik kameralar məlumatı maşındakı kompüterə ötürür. Məsələn, qırmızı işıqda dayanaraq, yaşılda hərəkət etməyə başlayır. Yenə kameralar sayəsində önündən keçənləri görən, avtomobilləri sezən "sürücüsüz maşın" yolları, tərəfləri (sağ-solu) isə GPS sayəsində tapa bilir.

Avtomobilsiz sürücü eşitmişdik, sürücüsüz avtomobil də eşitdik.

Günel Həbib

O.M.