"Apple" bir erməni mədəniyyətinin məhsuludur?

"Apple" bir erməni mədəniyyətinin məhsuludur?

20 Sentyabr 2011 12:47
Bəyəndim (0) Bəyənmədim (0)
Sən demə, Stiv Cobs erməni ailəsi tərəfindən övladlığa götürülüb

Tutulduğu xərçəng xəstəliyinə görə min-bir əziyyətlə qurduğu "Apple" firmasından uzaqlaşmaq məcburiyyətində qalan Stiv Cobsun oktyabr ayında avtobioqrafiyası kitab halında işıq üzü görəcək. Bilindiyi kimi, Stiv hazırkı ailəsi tərəfindən övladlığa götürülüb. Bioloji ata-anasını valideyn kimi qəbul etməyən, hətta onlarla maraqlanmayan Cobs elə insanları ümumiyyətlə tanımadığını etiraf edib. Bu yerdə biz də etiraf edək ki, sən demə, "Apple"nin qurucusunun anası (övladlığa götürdüyü) erməni qızı imiş. Belə ki, Klara Huqapiyan Cobs 1915-ci ildəki türk-erməni olaylarında Amerikaya köç etmiş erməni ailəsinin qızıdır. Onun atasının adı Luis Hoqapiyan, anasının adı isə Viktoriya Artiniyandır. Onların hər ikisi 1894-cü ildə Türkiyədə - İzmir və Malatyada doğulublar.

"Qürur hissi keçirə bilməyəcəyim bir çox hərəkətim oldu. Ancaq açıla bilməyən sirrim yoxdur", - deyə bildirən Stivin avtobioqrafiyası Valter İsaak tərəfindən 600 səhifəlik hazırlanıb. Onun Amerikada 500 min ədəd tirajla satışa çıxarılması planlaşdırılıb.

Əsas odur ki, qanı çirklənməyib.

Günel Həbib

O.M.