3.5 milyon avroluq orijinalından qat-qat bahalı oyuncaq

3.5 milyon avroluq orijinalından qat-qat bahalı oyuncaq

19 Sentyabr 2011 17:30
Bəyəndim (0) Bəyənmədim (0)

3.5 milyon avroluq dəyəri ilə istehsal edilən "Lamborghini"n oyuncaq maketi dünyanın ən bahalı maketidir. Orijinalından 12 qat daha bahalı olan maketin istehsalında karbon, qızıl, brilliant və platindən istifadə olunub. Bütün dünyada "Mercedes", "Ferrari", "Bentley" kimi maşınların maketini hazırlayan alman Robert Qulpen bu dəfəki işi üzərində 500 saat işləyib. "Lamborghini LP 700-4"ün orijinalının dəyəri 303.450 min avrodur. Və işin ən maraqlı tərəfi isə odur ki, bu oyuncağa sahib olmaq istəyən 12 nəfər artıq sifarişini verib. Oyuncağın canlı şahidi olmaq istəyənlər Frankfurtda 25 sentyabr tarixinə kimi davam edən avtomobil sərgisinə baş çəkə bilər.

Günel Həbib

O.M.