Şahzadə ilə nişanlısını ayırmaq istəyirlər

Şahzadə ilə nişanlısını ayırmaq istəyirlər

14 Aprel 2011 16:30
Bəyəndim (0) Bəyənmədim (0)

İngilis kral ailəsinin varislərindən Uilliam və nişanlısı Keyt Midletonun 29 aprel tarixindəki toyları üçün geri sayılma başlayıb. Sakit okean adası "Niue"də çap edilən pulların cütlüyün xoşbəxtliyinə kölgə salacağı ehtimal olunur. Belə ki, tam ortasındakı xətdən ikiyə asanlıqla bölünə bilən pullar cütlüyün gələcəkdə ayrılacağına işarədir. Buna inananların sayı-hesabı yoxdur. Adanın baş naziri Toke Talagi çap edilən pullar haqda ayaq tutub yeriyən xəbərləri rədd edərək deyib: "Niue" ada sakinləri cütlüyün xoşbəxtliyinə şərik olmaq üçün pulları çapdan çıxarıblar".

"Niue"də çıxarılan pulların əsasən cütlüklərə satılması planlaşdırılır. Ancaq ortadan ikiyə ayrılan pulu - Uilliamı və ya Keyti ayrı-ayrılıqda almaq mümkün deyil. Cütlüyü "ayırmaq" istəməyənlər bunun müqabilində 5.80 Yeni Zellandiya pulu - 4.50 dollar ödəməlidirlər. Sadəcə şahzadə Uilliamın qiyməti 3.40, digər tərəfin dəyəri isə 2.40 Yeni Zellandiya dolları ilə ölçülür.

Yeni Zellandiyanın mərkəzi bankının məsul əməkdaşı İvor Masters, "Uilliam və Keyt pullarını əsasən kolleksiyaçılar üçün düşünmüşdük. Onları bir-birindən ayırmaq kimi niyyətimiz heç vaxt olmayıb", - deyə duruma açıqlama gətirib.

Pulu ikiyə bölmək hər yerdə ayrılıq əlamətidir. Məsələn, təsəvvür edin ki, bir evdə ər və ya arvad pulu iki yerə parçalayır. Yəqin ki, qarşı tərəfin reaksiyasını təxmin etmək elə də çətin deyil...

Günel Həbib

O.M.