Aslan onu sirkdən qurtardı, deyə hər gün bu cür təşəkkür edir

Aslan onu sirkdən qurtardı, deyə hər gün bu cür təşəkkür edir

19 Sentyabr 2011 14:45
Bəyəndim (0) Bəyənmədim (0)
Müəllim və "şagird" arasındakı səmimiyyət

Kolumbiyada (Kali şəhərinin, Valle del Kauka bölgəsində) yaşayan 52 yaşlı müəllimə Anna Culiya Torresin heyvanlara qarşı olan sevgisi sərhəd tanımır. Torres 17 il əvvəl qurduğu "Villa Lorena" adlı heyvan qoruğunda 600-dən artıq heyvan bəsləyir. Onun ən yaxın dostu isə Yupiter adlı erkək aslandır. 12 il əvvəl bir sirkdə ağır şərtlər altında işləyərkən müəllimi tərəfindən qurtarılan aslan onu çox sevir. Hətta hər gün onu öpərək, qucaqlamaqdan doymur ki, doymur.

Torres daha ehtiyatlı olmalıdır. Çünki, aslanın erkəyi, dişisi olmaz, deyiblər.

Günel Həbib

O.M.