6 metrlik dırnaqları ilə "Ginnes"də

6 metrlik dırnaqları ilə "Ginnes"də

15 Sentyabr 2011 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikanın Las-Veqas şəhərində yaşayan Kris Valton 18 ildir kəsmədiyi dırnaqları ilə "Ginnes 2012"yə girməyi bacardı. "Daily News"da yer alan xəbərə görə, toplam uzunluğu 6 metr olan dırnaqlarına Kris heç bir xüsusi qulluq göstərməyib. İşin sirri isə onun dediyinə görə, şəkərdir. Uzun dırnaqlarından vaz keçmədən günlük həyat tərzini davam etdirən qəhrəmanımız hətta cib telefonu ilə mesajlaşır da. Bunun üçünsə barmaqlarının qatlanan hissələrindən istifadə edir. O, paltarlarını asanlıqla geyinib-çıxartmaq üçün əsasən iri qollarından faydalanır. Ən çox əziyyət çəkdiyi iş isə sellofandan və ya torbadan nə isə götürməkdir.

Dırnaq nə qədər uzun olsa öz yiyəsini incidər.

Günel Həbib

O.M.