Yalan söyləmək artıq çətindir

Yalan söyləmək artıq çətindir

15 Sentyabr 2011 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bradford Universitetində istehsal edilən yeni cihaz insanın üzündəki dəyişikliklərə nəzər salaraq, onun yalan deyib-demədiyini söyləyə bilir. Belə ki, cihazda quraşdırılan xüsusi kamera insanın gözündəki qan axışını kontrol edir. Sonra bu məlumatlar kompüterə yerləşdirilir. Və insanın neçə dəfə göz qırpdığı, udqunduğu, dodaqlarını dişlədiyi hesablanır. Cihaz bu günə kimi yalnız 70 faiz öz öhdəsindən gəlməyi bacarıb. İngilis elm adamları yeni yalan cihazının İngiltərənin hava limanında istifadə edəcəklərini ümid edirlər. Bu halda cihazın uğurunu 90 faizə kimi qaldıracaqlarına dair mütəxəssislər söz verirlər.

Yalan nə ayaq tutacaq, nə də yeriyəcək.

Günel Həbib

O.M.