Bu da "0" ulduzlu otel

Bu da "0" ulduzlu otel

8 Sentyabr 2011 15:30
1 561
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçrədə dünyada ilk dəfə olaraq sıfır (0) ulduzlu otel açılıb. "Null Stern Hotel" adlı məkan Sevelen şəhərində fəaliyyətə başlayıb və eyni anda 54 nəfəri qəbul edə bilir. Otelin sıfır ulduzlu olmasına səbəb isə onun atom bunkerindən düzəldilməsidir. Belə ki, kazarmanı xatırladan oteldə ayrıca otaqlar yoxdur və otel yerin altında yerləşir. Otelin pəncərəsi də mövcud deyil. Yerüstü dünya ilə yeganə əlaqə vasitəsi orada yerləşdirilən böyük monitordur. Bu monitor həmçinin televizoru da əvəz edir. İsti sudan isə ümumiyyətlə danışmağa dəyməz. Belə ki, məhdud olan isti sudan ancaq hamıdan tez yuxudan duran istifadə edə bilər. Geridə qalanlar isə soyuq su ilə işlərini həll etməli olurlar. Bütün bu narahatçılıqlara baxmayaraq, dünyanın ən bahalı otellərinə sahib olan İsveçrədə 0 ulduzlu otelə tələbat olduqca böyükdür. Bir gecəsi cəmi 10 dollar olan oteldə demək olar ki, boş yer tapmaq mümkün deyil.

Ucuz ətin şorbası olmaz, deyiblər.

Günel Həbib

O.M.