"Sperma bankları" cəmiyyət üçün olduqca təhlükəlidir

"Sperma bankları" cəmiyyət üçün olduqca təhlükəlidir

8 Sentyabr 2011 13:42
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da süni mayalanma yolu ilə və ya surroqat analıqla övlad sahibi olmaq istəyən ailələr üçün "sperma bank"larının "təminat"çılardan biri böyük qalmaqala səbəb olub. Nyu-Yorkdakı "sperma bank"larından birinin təminatçısı olan kişinin bioloji baxımdan 150 övlad atası olduğu aşkarlanıb. Həmin banka müraciət edərək süni mayalanma yolu ilə ana olan qadınların bəziləri ilə birlikdə istirahət etmiş Sintiya Deyli adlı qadının dediyinə görə, o xanımların uşaqları təəccüb doğuracaq dərəcədə bir-birlərinə bənzəyirlər. "Bu, çox qorxulu məsələdir, çünki sperma bankları artıq cəmiyyət üçün real təhlükə mənbəyinə çevrilməkdədir. O qadınların uşaqları əslində qardaş-bacılardır, çünki ataları eynidir. Həmin uşaqlar faktiki olaraq fərqli ailələrdəndir və onlar arasında hansısa qızla oğlan ailə qurmaq fikrinə düşsələr, zina edəcəklər. Çünki bacı qardaşa ərə gedəcək", - 48 yaşlı Sintiya deyib. 150 övlad atası olan kişinin kimliyi açıqlanmasa da, biabırçı vəziyyət göz qabağındadır. Məsələn, Kaliforniyanın Pasadena şəhərində yaşayan 20 yaşlı Rayan Kramer evlənmək niyyətində olduğu qıza həddən artıq bənzəyir.

Ata olmaq asandır, atalıq etmək çətindir.

Günel Həbib

O.M.