82 ildir ki, eyni yastığa baş qoyurlar

82 ildir ki, eyni yastığa baş qoyurlar

8 Sentyabr 2011 12:47
Bəyəndim (0) Bəyənmədim (0)

Rəsmi sənədlərə görə, 110 yaşlı Hyun Van Lak 82 ildir 106 yaşlı Nquyen Ti Lan ilə evlidir. Ötən il Vyetnamda ən uzun evlilik rekordunu qıran cütlük indi dünya miqyasında istəklərinə nail olmaq fikrindədir. Uzun evliliyin açarını kədəri də sevinclə qarşılamaq və paylaşmaq olduğunu söyləyən Lak uzun yaşamanın sirrini də açıqladı: mütəmadi olaraq idman etmək və nikbin olmaq.

"Ginnesin Rekordlar Kitabı"na görə, ən uzun zaman evli qalan cütlük Herbert və Zelmira Fişer olub. 86 illik evlilikdən sonra Herbert ötən fevral ayında 105 yaşında öldü. Dul arvadı isə 103 yaşında gözlərini əbədi olaraq yumdu.

Savaşa gedərkən bir, dənizə çıxarkən iki, evlənərkən üç dəfə düşünün. (Rus atalar sözü)

Günel Həbib

O.M.